“ONU USTA ADLANDIRMAQ HƏLƏ TEZDİR”
Tarix: 18-06-2012, 12:48 |
Çap et
MÜĞƏNNİLƏR ZAMİQƏ QARŞI BİRLƏŞDİLƏR
Yerli telekanallardan birinin efirində şou-biznes nümayəndələri müğənni Zamiqə qarşı birləşiblər.
Day.Az xəbər verir ki, buna səbəb Zahidə Orucovanın Zamiqi öz işinin ustası adlandırması olub.
Elnarə Xəlilova Zamiqin usta olduğu ilə razılaşmır.
“Brilliant Dadaşova neçə illərdən sonra “Mən ustayam” mahnısını oxudu. Dünən ifaya başlayan adamın özünü usta adlandırması yersizdir”, - Elnarə əlavə edib.
Elçin Cəfərov deyir ki, onu usta adlandırmaq hələ tezdir.
Sənubər İskəndərli isə deyib ki, usta yaradıcılıqla yaşayan adamdır.
Aybəniz Haşımova da qeyd edib ki, onu usta adlandırmaq hələ tezdir.
Nadir Qafarzadə isə Zamiqin usta adlandırılması ilə razıdır. “Əgər onun peşəkar qabiliyyətləri varsa, onu usta adlandırmaq olar. “Nura Suri və mən də ustayıq”, - Qafarzadə əlavə edib.