TÜRKMƏNİSTAN DA AZƏRBAYCANI İTTİHAM EDİR
Tarix: 19-06-2012, 12:14 |
Çap et
SƏFİRLİKDƏN AŞIQLAMA GƏLDİ
Türkmənistanın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iyunun 18-də verdiyi bəyanata və səfirin XİN-ə çağırılmasına münasibət bildirib.
APA-nın xəbərinə görə, səfirliyin açıqlamasında deyilir ki, Xəzərin Azərbaycana aid olmayan sektorunda elimi-tədqiqat işləri aparan mülki gəmiyə qarşı Azərbaycan sərhəd xidməti tərəfindən hüquqa zidd hərəkətlərin edilməsi cəhdi ilə əlaqədar iyunun 16-da Türkmənistan XİN Azərbaycan tərəfinə rəsmi qaydada, o cümlədən diplomatik nota göndərilməsi yolu ilə qəti etirazını bildirib: “Qeyd edilib ki, bu cür hərəkətlərin davam etməsi halında adekvat addımlar atılacaq”.
Xatırladaq ki, iyunun 18-də Türkmənistan səfiri Toylı Komekov Azərbaycan XİN-ə çağırılıb. Xaric işlər nazirinin müavini Xələf Xələfov türkmən tərəfinin Xəzərdəki mübahisəli “Kəpəz” yatağında apardığı işlə əlaqədar Azərbaycanın rəsmi etirazını səfirin diqqətinə çatdırıb.