TÜRKİYƏ İRAQIN ŞİMALINI BOMBALADI
Tarix: 20-06-2012, 12:13 |
Çap et
HƏDƏFDƏ TERRORÇU KÜRDLƏRİN BAZALARIDIR
Dünən axşam saatlarından etibarən Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK terror təşkilatının bazalarını bombardman edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Milliyyət" qəzeti xəbər verib.
Məlumata görə, Türkiyə HHQ İraqın şimalındakı Amadiya, Avaşin, Zap bölgələrini bombardman edib.
Dünən Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Türkiyənin bir sıra əyalətlərində türk hərbçilərə qarşı üç dəfə hücum təşkil ediblər. Baş verən atışma nəticəsində 8 hərbçi şəhid olub, daha 15 hərbçi isə yaralanıb.