NAMƏLUM BİTKİ BALIQLARI MƏHV ETMƏKDƏDİR
Tarix: 20-06-2012, 12:33 |
Çap et
DUNAY SULARINDA TƏBİİ BÖHRAN
Dunay sularında kütləvi balıq ölümü aşkar olunub.
Yerli sakinlər buna səbəb kimi, çayda birdən-birə peyda olmuş naməlum bitkinin ifraz etdiyi zəhəri göstərirlər.
Qazancları balıqçılıqdan çıxan əhali artıq suya girməyə belə qorxur. Səbəbi isə naməlum bitki ilə kontakdan sonra dəridə səpkilər və şişkinliklər yaranmasıdır.
Zəhərli bitkidən artıq bu ərazidə dincələn turistlər də zərər çəkiblər.
Rumınyalı balıqçılardan biri 30 ildir ki, balıqçılıqla məşğul olduğuna baxmayaraq, ilk dəfə belə hadisə ilə rastlaşdığını deyib. / FaktXeber /