" “Qold” marketdən iki ədəd peçenye və bir ədəd “çınqıl” adlanan şokalad aldım"... - ŞİKAYƏT VAR
Tarix: 17-02-2016, 10:37 | Çap et
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı, bu gün dövlət hakimiyyət orqanlarının diqqət mərkəzində duran məsələlərdəndir. Çünki, ərzaq təhlükəsizliyinin təminatı insan ləyaqətinin strateji amili olmaqla bərabər, insan hüquqlarının təminatında da başlıca rol oynayan əsas şərtlərdəndir. Ona görə də hər kəsin hüququn təmin edilməsi, Azərbaycan Respublikası Hökumətinin qarşısında duran mühüm vəzifələrindən biridir.
Ərzaq təhlükəsizliyi problemi, hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün, yəni keyfiyyətli ərzaqla təmin edilməsi də deməkdir. Belə bir problemin həlli, ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəliliyinin artırılması ilə də bağlıdır. “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı”, Azərbaycan Respublikası Hökumətinin ərzaq təhlükəsizliyi sahəsində öhdəlik və məqsədlərini əhatə edir. Bu proqramın dövlətin maliyyə öhdəlikləri və büdcə imkanları hesabına həyata keçirilməsi də nəzərdə tutulur.
Ümumiyyətlə, ərzaq təhlükəsizliyi proqramının məqsədləri aşağıdakılardan ibarətdir:
Yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması və ərzaq məhsulları qiymətlərinin məqbul səviyyədə saxlanması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi, ərzaq qıtlığı hallarının qarşısının alınması. Ərzaq təhlükəsizliyinə nail olmaq üçün Azərbaycan Respublikasının Hökuməti, iki mərhələdən ibarət strategiyanın həyata keçirilməsini də öhdəsinə götürüb.
1. İslahatların aparıldığı müddət ərzində ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün, qısa müddətli və orta müddətli keçid tədbirlərinin tətbiqi. Bu əsasən özəl fermer təsərrüfatçılığına və sahibkarlığa kömək göstərilməsi vasitəsilə təmin edilir. Qeyd olunan tədbirlərin sadalanan istiqamətlərdə aparılması da nəzərdə tutulur:
Yəni, müvafiq qanunların həyata keçirilməsinə nəzarət, gözlənilən ilkin nəticələrin əldə olunması, lazım olan büdcə ayırmalarının dəqiqləşdirilməsi, ərzaq istehsalı sahəsində müvəqqəti
vergi güzəştlərinin tətbiqi məsələsinə baxılması, qida məhsullarının istehsalı, emalı və satışı üçün kreditlərin alınmasına kömək göstərilməsi, qida məhsulları istehsalçılarının ərzaq idxalından müdafiəsi, müəssisələr arasında qarşılıqlı borcların restrukturizasiyası, istehlakçıların müdafiəsinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi sahəsində müvafiq məlumat sisteminin yaradılması yolu ilə, fövqəladə vəziyyətə hazırlıqla bağlı əlavə tədbirlərin həyata keçirilməsi.
2. Ərzaq təhlükəsizliyi sahəsində uzunmüddətli tədbirlərin başlıca məqsədi, Azərbaycanın kənd təsərrüfatının gəlirliliyinin və rəqabət qabiliyyətinin artırılmasını, eləcə də onun beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmasını nəzərdə tutur. Ərzaq təhlükəsizliyi əsasən ölkədə kənd təsərrüfatının inkişafı və ərzaq istehlakı vəziyyətinin yaxşılaşdırılması hesabına təmin olunmalıdır.
Amma bütün bunlara baxmayaraq, bu gün bəzi sahibkarlar ərzaq təhlükəsizliyi ilə bağlı tələblərə lazımınca əməl etmirlər. Yəni, məqsədləri o olur ki, rəhbərlik etdikləri ictimai-iaşə obyektlərində, marketlərdə, alış-veriş mərkəzlərində və digər ünvanlarda vaxtı ötmüş ərzaq məhsullarını satmaqla, daha çox gəlir əldə edə bilsinlər. Onların belə bir addımları da, çox zaman müəyyən faciələrin əmələ gəlməsi ilə də nəticələnir. Məsələn, “Gündəm Xəbər” qəzetinin redaksiyasına ərizə ilə müraciət edən Abşeron rayonu Quşçuluq Yaşayış Massivi adlanan ərazidə məskunlaşan və əslən Kəlbəcər rayonundan məcburi köçkün düşən Baxışova Ceyhunə Dilqəm qızı da, xoşagəlməz olayla üz-üzə qalan sakinlərdən biridir. O, redaksiyamıza ünvanladığı şikayət ərizəsində yazır ki, “mən 19 dekabr 2015-ci il tarixdə Xırdalan şəhərində fəaliyyət göstərən və “Rahat” marketin altında yerləşən bazarın girişindəki “Qold” marketdən iki ədəd peçenye və bir ədəd “çınqıl” adlanan şokalat aldım. Elə ki, onları yedim, təqribən 1-2 saatdan sonra halım olduqca pisləşdi, məndə ürək bulanması başladı, qarın nahiyəmdə ağrılar baş qaldırdı, bir sözlə özümü olduqca pis hiss etdim. Bacım nə qədər çalışsa da, halım düzəlmədi ki, düzəlmədi. Son anda məcbur olub, təcili tibbi yardıma zəng etdik. Gecə saat 00.10-da köməyimə gələn təcili tibbi yardım həkimləri, dərhal zəhərlənmə diaqnozu qoyub, məni çox keçmədi ki, 1 saylı Şəhər Kliniki Xəstəxananın toksokologiya şöbəsinə çatdırdılar. Üç gün müalicə olunduqdan sonra vəziyyətim bir qədər qaydaya düşdü. Rəhbərliyə yazmış olduğum ərizə əsasında məni xəstəxanadan çıxartdılar və müalicəmi ev şəraitində davam etdirməli oldum.
Təəssüf doğuran hal o oldu ki, xəstəxanadan evə gəldiyim gündən az sonra sahə müvəkkilimiz Sərxan müəllim zəng edib bildirdi ki, “Ceyhunə xanım, səndən DİN-nin 102 xidmətinə şikayət olunub, odur ki, gəlib izahatını yazmalısan”. Belə bir telefon zəngindən sonra məsələ ilə maraqlandım, o halda bəlli oldu ki, məndən şikayət edən “Qold” marketin müdiri Asim adlı şəxsdir. Elə ki, izahat yazmaq məqsədilə sahə müvəkkilinin iş otağında gəldim, o halda ondan xahiş etdim ki, Asim adlı şəxsi də bura dəvət edin. Düzdür, o, xahişimi yerinə yetirdi və çox keçmədi ki, Asim də sahə müvəkkilinin iş otağına gəldi.
Onu da qeyd edim ki, marketin sahibi gələnə qədər sahə müvəkkili mənə bildirmişdi ki, “sən xəstəxanada zəhərlənmə ilə deyil, mədə qastriti xəstəliyindən müalicə olunmusan. Mədə qastriti xəstəliyindən müalicə almağınla bağlı, hətta həkim arayışı da verilib. Sərxan müəllimin danışdıqlarını Asim də təsdiqlədikdə, o halda dirəniş göstərdim ki, söylədiklərinizi isbata yetirmək üçün verilmiş arayışı ortaya çıxarın dedim. Bu zaman Asimin cavabı o oldu ki, “bilirsən o arayışı səni müalicə edən həkim “Rahat” marketin rəhbərliyinə verib, mən də onu sənə göstərə bilmərəm” dedi. Belə bir cavadan sonra olduqca təəccübləndim və zəhərlənməyimlə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxananın toksokologiya şöbəsindən aldığım epikrizi onlara göstərdikdə, “Qold” marketin sahibi daha uca tonda bildirdi ki, “get əlindən nə gəlir, onu da et” dedi. Belə bir cavadan sonra çox götür-qoy etdim ki, necə bəyəm, bəlkə bu gün dərəbəylikdir? Bu gün qanunlarımız işləmir? Kim istəsə, qanunlarımızı tapdaqlar altına ata bilər? Amma, düşündüm ki, bu heç də Asim adlı şəxsin dediyi kimi deyil. Çünki, bizim dövlətimiz var, işlək də qanunlarımız mövcuddur. Odur ki, bir çox sahibkarlar, o cümlədən “Qold” marketin rəhbərliyi də, qanun qarşısında cavabdehlik daşıyır. Məqalədə adları çəkilən şəxslərin də, mövqeyini dinləyə bilərik.
Araşdırmamız davam edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|