Deputata qarşı etimdasızlıq... - "Azay Quliyev bizim kisəmizdən getdi"...
Tarix: 24-02-2016, 10:24 |
Çap et
DİA.AZ: - Sön günlər adı medianın gündəmindən düşməyən deputat Rəfael Cəbrayılova daha bir zərbə də mandatını cibində gəzdirdiyi seçki dairəsindən gələ bilər. Bu barədə DİA.AZ-a Şirvan rayon sakinləri məlumat veriblər.
Onların bildirdiyinə görə, son parlament seçkilərindən sonra 46 saylı Şirvan seçki dairəsini parlamentdə təmsil edən Rəfael Cəbrayılovla görüşmək bu günə kimi onlara nəsib olmayıb.
Narazı şirvanlılar bildirir: "Əvvəlki deputatımız Azay Quliyev idi. O, bizim kisəmizdən getdi. Ona istədiyimiz zaman dərdimizi danışa problemlərimizin həllinə çarə tapa bilirdik. Amma Rəfael Cəbrayılov deputat olandan üzünü görən olmayıb. Üzünü görmək istəyən də elə bir labirintə salınıb ki"...
Sakinlər dia-az.life-a bildirirlər ki, artıq deputatın geri çağrılması üşün imza toplamaq barədə də düşünürlər: "Onunla bağlı mətbuatda da ağır ittihamlar yer alıb. Bizə belə deputat ümumiyyətlə, lazım deyil".
Mövzu diqqətimizdədir, qarşı tərəfi də dinləməyə hazırıq...