Növbəti "Gül Bayramı"nı görməyə bilər... - Artur Rəsizadə də yol üstündədir...
Tarix: 7-03-2016, 11:00 |
Çap et
DİA.AZ: - Ölkədə ən toxunulmaz icra başçısı hesab olunan Bakı şəhər icra hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovun karyerası da özünün qürub vaxtına yaxınlaşır. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar informasiya verib.
Məlumatı verən mənbə iddia edir ki, Bakı meri postu ilə yanaşı, digər yoxunulmazlardan hesab olunan baş nazir Artur Rəsizadənin də bu ilin may ayına qədər dəyişdiriləcəyi gözlənilir.
Belə çıxır ki, Hacıbala Abutalıbov növbəti "Gül Bayramını" vəzifə başında qeyd etməyə bilər.
dia-az.life-a bu barədə danışan mötbərə mənbə onu da əlavə edib ki, Bakı meri postuna hazırda əyalətdə vəzifə başında olan icra başçılarından birinin gətirilməsi nəzərdən keçirilir...