Ünvanlı sosial yardımda ən böyük problem nədir? - Səlim Müslümovun pafosları bizi quyunun dibindən çıxara bilirmi?
Tarix: 8-03-2016, 13:02 | Çap et
01 iyul 2006-cı il tarixindən həyata keçirilən ünvanlı sosial yardım mexanizmi artıq 10 ildir ki, fəaliiyət göstərir. Ötən dövr ərzində ölkənin sosial müdafiə sistemində bu mexanizmin rolu kifayət qədər yüksək olmuşdur. Bununla belə bu sahədə ciddi qüsurlar da mövcud olmuş və həmin nöqsanlar hazırki dövrdə də qalmaqdadır. Ünvanlı sosial yardımın qanunvericiliyindəki boşluqlar və kadr məsələləri ilə yanaşı bu sahədə ən böyük problem korrupsiya ilə bağlıdır. Çoxları bunu həmin sistemdə işləyənlərin əmək haqlarının aşağı səviyyədə olması ilə izah edir. Lakin bu təkcə onunla izah oluna bilməz. Hazırda rayon ƏSMM-lərdə ünvanlı sosial yardım üzrə işləyən baş məsləhətçilərin aylıq əmək haqları 300-350 manat təşkil edir. Baş verən korrupsiya halları təkcə onların əmək haqlarına görə olsaydı bu səviyyədə olmazdı. Yəni normal əmək haqqı saya biləcəyimiz 1000 manat üçün həmin işçilərə ayda 700 manat rüşvət almaq bəs edərdi. Lakin həmin işçilər ayda 700 manat yox, 5000-7000 min manat rüşvət toplayırlar və bu pulu təkbaşına yemirlər. Birmənalı olaraq hamı bilməlidir ki, bu sahədə bu səviyyədə korrupsiyanın olması birbaşa olaraq nazir və onun bu sahəyə təhkim etdiyi vəzifəli şəxslə bağlıdır. Əgər nazir və onun təyin etdiyi vəzifəli şəxs özü korrupsiya şəbəkəsi qurmasa bu səviyyədə korrupsiyanın olması mümkün olmayacaqdır. Bu həmişə belə olub: əvvəlki nazirin vaxtında da indikinin dövründə də. Heç kim nazirin pafoslu çıxışlarına aldanmamalıdır. Nazirin marağında olsa bir həftənin içində o sistemdən rüşvəti yığışdırar. Amma görünür istəmir. Ona bununla bağlı konkret, çox asan icra oluna bilən təklif də verilib. Sosial Müdafiə Mərkəzlərinə qəfil yoxlama göndərilsin, həmin yoxlama yardım alanlara zəng edib yardım kartlarını gətirib mərkəzdə göstərmələrini tələb etsin. Yardım kartı mərkəzin işçisində olduğu halda vətəndaş bunu edə bilməyəcək. Nazir Səlim Müslümov deyir korrupsiyanı dağıtmışam, rüşvəti dağıda bilmirəm. Qəti inandırıcı deyil. Qurulan korrupsiya şəbəkəsi olmasa, rüşvət yüksək səviyyədə mövcud ola bilməz. Səlim Müslümovun pafosa hesablanan addımları
1. Ünvanlı sosial yardım alanların adlarının Nazirliyin saytında yerləşdirilməsi. Bunu edəndə Səlim Müslümov və Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bunu elə pafosla elan edirdilər ki, sanki bu sahədə köklü inqilab ediblər. Aradan 3 il keçdikdən sonra məlum oldu ki, bunun heç bir ciddi əhəmiyyəti olmamışdır. Əksinə Səlim Müslümovun korrupsiya fəaliyyətini pərdələməyə xidmət edib. Burada ikinci bir məsələ ondan ibarət idi ki, siyahı saytda yerləşdirildikdən sonra Səlim Müslümov müraciət edərək, insanları xalqımızın mentalitetinə, mənəvi dəyərlərinə zidd olan "işverənliyə" səslədi ki, kim qanunsuz yardım alırsa bizə yazın. Bu ancaq ona görə edildi ki, göstərə bilsin ki, baxın, köhnə nazirin vaxtında insanlar qanunsuz yardım alıb. Bunu dəfələrlə özləri bəyan etsələr də sübut edə bilmədilər. Bu yolla ortaya nəsə çıxara bilməyəndə başladılar inzibati yolla yardım alanların sayını azaltmağa ki, bəs əvəllər qanunsuz yardım alanlar olub, biz daha onlara yardım vermirik. Çox keçmədi bu planları da baş tutmadı, özləri özlərini ifşa etdilər. İnzibati yolla yardımlarını kəsdikləri adamlara sonradan başladılar yenidən yardım təyin etməyə. Hazırda yardım alanların 80%-i yardımı təkrar alanlardır. Hər kəsin başını bu oyunlarla qatdıqları dövrdə özlərinin geniş korrupsiya şəbəkəsini qurdular və böyük məbləğdə rüşvət toplaya bildilər. Səlim Müslümov özünün korrupsiya əməllərini ancaq köhnə nazirin dövründə yardım sistemində mövcud olan nöqsanları qabartmaqla pərdələməyə çalışır. Bəli, hamı bilir ki, köhnə nazirin dövründə o sistemdə nöqsanlar olub. Səlim Müslümov nazir olduqdan indiyə qədər həmin nöqsanların kökü kəsilməyib, əksinə, yeni forma və üsullarla davam etməkdədir. Gözəl atalar sözü var: od olmasa, tüstü olmaz. Səlim Müslümov nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevlə birləşib Nazirlikdə korrupsiya şəbəkəsi qurmasaydılar, heç bir halda onların adı korrupsiyada hallanmazdı və bizdə bunu qeyd etməzdik. İkinci bir misal. Hələ indiyə qədər heç kim Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin adını hansısa korrupsiya işində hallandırmayıb. O sistemdə işləyən hər kəs bilir ki, Çingiz Əliyev rüşvət və korrupsiyadan uzaq adamdır. Əgər Səlim Müslümov və Əjdər Cəbiyev haqqında deyilənlər böhtan olsaydı onda məntiqlə gərək Çingiz Əliyev haqqında da eyni böhtanlar olardı. Çünki hər üçü eyni Nazirlikdə rəhbər vəzifələrdə işləyirlər.
2. Ünvanlı sosial yardım sisteminin elektronlaşdırılması ilə bağlı. Nə az nə çox düz 3 ildir ki, cənab Səlim Müslümov bununla manipulyasiya etməklə məşğuldur. Bunu vaxtından əvvəl ona görə ortaya atmışdı ki, Nazirlikdə fəaliyyət göstərən korrupsiya şəbəkəsi fəaliyyətini rahat davam etdirə bilsin. Ona da imkan yaransın, deyə bilsin ki, neqativ hallar var və bunu başqa yolla aradan qaldırmaq mümkün deyil, elektronlaşdıqdan sonra aradan qalxacaq. Bax beləcə 3 il vaxt uddu. Sonra da məlum oldu ki, tam elektronlaşmadan da söhbət getmir. Köhnə qaydalar tam aradan qaldırılmır. Məsələnin mahiyyəti bundan ibarətdir. Jurnalist Mirşahin Ağayev 2015-ci ildə Səlim Müslümovdan müsahibə götürəndə onun korrupsiyanı dağıtmışam, rüşvəti dağıda bilmirəm fikrinə uyğun olaraq, ona, deməli deyirsiniz balıq başdan deyil, lazım olanda hər yerindən iylənə bilir? sualını vermişdi. O isə sualdan yayınmışdı. Sualın cavabı isə belədir: xeyr, balıq hər zaman, hər yerdə məhz başdan iylənir.
Cavid Əliyev DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|