MTN generalı baş redaktora "ksiva" yolladı... - İttihamları rədd edir...
Tarix: 12-04-2016, 11:06 | Çap et
«Təzadlar»ın ötən saylarında «Texnikabank»a əmanət qoyduqları halda, sonradan bu bankın Bakı filialının işi ilə bağlı MTN-də aparılan cinayət işində istintaqa cəlb olunub şantajlarla üz-üzə qaldığını bildirən bir qrup zərərçəkmişlərin şikayət məktubları əsasında yazı dərc olunmuşdu… Həmin yazıda şikayətçilər Xəqani Əzimov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və başqalarının adından MTN-nin Baş İstintaq İdarəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyevin və onun şöbə rəisi olmuş, hazırda həbsdə olan Vüsal Ələkbərovun əmanətçilərin başına gətirdikləri müsibətlərdən Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlı şikayət edildiyi qeyd edilirdi… Hətta şikayətçilərdən Respublika Əmanət Bankın sədri olmuş, iş adamı Hüseyn Səfərovun Mövlam Şıxəliyev tərəfindən necə aldadılması və həbs etdiriləcəyi hədəsi ilə ondan külli miqdarda pulunu alması və s. də yazıda qeyd edilmişdi… Redaksiya olaraq məktubda adı hallanan H.Səfərovla telefon əlaqəsi saxlamışdıq. H.Səfərov 2 milyon dollar pulunun şantaj edilərək əlindən alınması məsələsinə gəlincə, demişdi ki, “…Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam… Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevi və onun “danışan dili”, tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam… Lakin istintaq getdiyindən başqa heç nə deyə bilmirəm… Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin Ağdaşda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, Sirkin yanındakı “AFSENTR”də bir neçə mənzilləri var, “Sahil” ticarət Mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, orda bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar… “Gənclik”də 10-a yaxın mənzillərinin olduğunu bilirik… Əvvəllər Yasamalda “Xuruşşovka”da yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub??? Hətta o, Nizami Kino Mərkəzinin yanında Musa Nağıyevin olmuş arxitekturalı qədim binada 2 milyona mənzil alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır… Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı 2 milyon dollar pulu qaytarmasa, özümü onun “Sahil” Ticarət Mərkəzinin üstündəki mənzilinin qarşısında yandıracağam… İndidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm. Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm… Bu yaxınlarda isə zəng edərək bir də xəbərdarlıq etmişəm, söz verib ki, qaytaracaq. Amma bir gün sonra mobil telefonlarını söndürüb…”. H.Səfərov daha sonra bildirmişdi ki, əgər Mövlam Şıxəliyev pulunu qaytarmasa, o, M.Şıxəliyevin «Sahil»dəki mənzilinin qarşısında özünü yandıracaq və s.
Mövlam Şıxəliyev Hüseyn Səfərovun söylədiklərini şər və böhtan adlandırdı…
Ötən yazıda da qeyd etdiyimiz kimi, «təzadlar»ın əməkdaşları məsələyə dair mövqeyini öyrənmək üçün dəfələrlə Mövlam Şıxəliyevin şikayətçi Hüseyn Səfərov tərəfindən bizə təqdim edilmiş bahalı mobil telefon nömrələrinə dəfələrlə zənglər etsələr də telefon zəngləri cavabsız qalmışdı… Nəhayət, sonuncu cəhdlərimiz nəticəsini verdi… Belə ki, neçə gün əvvəl MTN-nin sabiq generalı Mövlam Şıxəliyevin səlahiyyətlisi kimi özünü təqdim edən şəxs (özünün xahişi ilə hələki adını yaza bilmirik) əməkdaşımıza zəng etdi… Biz həmin şəxslə görüşdük və o, Mövlam Şıxəliyevin onun mobil telefonuna göndərdiyi mesajını bizə oxudu… Sonra özümüz də həmin mesajı diqqətlə oxuduq… M.Şıxəliyev məktubunda yazırdı ki, N.Səfərovun onun barəsində söylədikləri şər və böhtandır: «…Qəzetdə («Təzadlar»da.RED.) yazılanlar barədə bircə onu deyə bilərəm ki, mən heç kimdən pul almamışam… İstintaq «Texnikabank»ın işi ilə bağlı obyektiv araşdırma aparıb, qanuni nəticəyə gəlib, günahkarlar həbs edilib, məhkəmə də qanuni hökm çıxarıb… O ki qaldı Hüseyn Səfrov adlı şəxsdən 2 milyon dollar pul alınmasına, bu şər və böhtandır, heç bir əsası olmayan iddiadır…». Onu da xatırladaq ki, H.Səfərovun məlum açıqlaması dərc edildiyinə görə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılıb, həmin qalmaqallı yazı ilə bağlı sorğu-sual edilib, ifadəsi alınmışdır. Mövzuya mütləq qayıdacağıq. “Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
|