Ağcabədidə baş həkim də dəyişdi - ƏMR
Tarix: 15-10-2016, 16:54 |
Çap et
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Hüseynov bundan əvvəl akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Novruz Abbasov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.