Əsas Səhifə > Cəmiyyət, Ana xəbərlər > Ağcabədidə baş həkim də dəyişdi
Ağcabədidə baş həkim də dəyişdi15-10-2016, 16:54 |
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib. Qeyd edək ki, A.Hüseynov bundan əvvəl akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib. Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Novruz Abbasov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Geri qayıt |