`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                     Sahibkarın ölkədən çıxışına "stop" qoyulur .....                     Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? .....                     Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi .....                     Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                 

Haran ağrıyır, Azərbaycan şahmatı? - ARAŞDIRMA
Tarix: 21-11-2016, 12:30 | Çap et
Haran ağrıyır, Azərbaycan şahmatı?
Qaynarinfo.Az ölkədəki idman federasiyalarının və onların məsul olduqları idman növlərinin real durumu barədə silsilə yazılara başlayır. İlk araşdırmamız son illərdə heç də yaxşı günlərini yaşamayan Azərbaycan şahmatı və ona cavabdehlik daşıyan Azərbaycan Şahmat Federasiyası haqqındadır.

Azərbaycanda idmanın, o cümlədən də, şahmatın inkişafı istiqamətində son illərdə bir sıra addımlar atılıb, bu məqsədlə Dövlət Proqramları və sərəncamlar imzalanıb.

Amma bu da danılmaz faktdır ki, son dövrdə şahmatçılarımızin nəticələri xeyli zəifləyib. Bunun səbəbi isə şahmatçıların və xüsusən də, uşaq, yeniyetmə və gənc şahmatçılarımızın qarşılaşdığı problem və çətinliklərdir.

Bildiyimiz kimi, respublikada şahmatın inkişafına, yüksək dərəcəli şahmatçıların hazırlanmasına, yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarının keçirilməsinə, beynəlxalq və respublika yarışlarının keçirilməsi, komandaları həmin yarışlara hazırlaması, metodiki vəsaitlərin nəşr edilib yayılması, və ümumiyyətlə, bütün şahmat hərəkatına rəhbərlik və bu işin koordinasiya edilməsin, yaranmış problemlərin öyrənilməsi və aradan qaldırılması Azərbaycan Şahmat Federasiyasının (AŞF) üzərinə düşür.

Bəs bu qurum öz vəzifəsinin öhdəsindən gələ bilirmi?

Nəticələr ürəkaçan deyil

Yuxarıdakı suala cavab tapmaq üçün gəlin faktlara nəzər salaq. Bu zaman beynəlxalq yarışların nəticələri əks olunmuş www.chess-results.com, eləcə də, Azərbaycan Şahmat Federasiyasının rəsmi www.azerichess.az, həmçinin digər saytlarda əks olunmuş məlumatlardan yararlanacağıq.

Bu ilin iyulunda Slovakiyada Yeniyetmələrin Ümumdünya Olimpiadasında komandamız XI yerə çıxmışdır. Halbuki, ümumi reytinqə görə komanda 3-cü yerdə idi. Həmin Olimpiadada I yerə İran, II yerə Rusiya, III yerə isə Ermənistan komandaları çıxmışdır. Avqust ayında Çexiya Respublikasında keçirilən Uşaq və Gənclər arasında Avropa çempionatında 23 nəfər şahmatçımız iştirak etmişdir. Onlardan ancaq 1 nəfər 3-cü yerə çıxıb. Digər şahmatçılar isə birinci onluqdan kənarda qalıblar. Ermənistandan komandası isə həmin yarışda 21 nəfərlə iştirak etmiş və təmsilçisindən 2 nəfəri I yerə çıxaraq qızıl medal qazanıb, 9 nəfəri isə birinci onluqa daxil olub. Sentyabr ayında RF-nın Xantı-Mantiysk şəhərində keçirilən Yeniyetmə və Gənclər arasında dünya birinciliyində isə şahmatçılarımız ümumiyyətlə bir medal belə qazana bilmədi. Ermənistan şahmatçı isə həmin yarışın 18 yaşadək olan qrupunda I yeri tutaraq qızıl medal qzanb, həmin qrupda çıxış edən bizim şahmatçımız isə 35-ci yerə çıxmışdı. Bu yarışda 16 yaşadək şahmatçılar arasında Ermənistan təmsilçisi yenə də 1-ci, Azərbaycan şahmatçısı isə 28-ci yerə cıxıb. 14 yaşadək şahmatçılar arasında ermənistanlı şahmatçı 4-cü, bizimki isə 26-cı yerləri tutublar. Cari ilin oktyabr ayında Gürcüstanın Batumi şəhərində uşaq və yeniyetmələr narasında Dünya çempionatında respublikamızdan 38 nəfər iştirak etmişdir. Bu yarışda isə təkcə Sumqayıt şahmatçısı Orucov Fərid 3-cü yeri tutub. Onun da məşqçisi, yarışa özünün və valideyinin vəsaiti ilə gedibmiş.

Əgər bu nəticələri əvvəlki illərlə müqayisə etsək , məsələn, elə 2015-ci il ilə, görərik ki, nəticələrimiz get-gedə xeyli aşağı düşür. Qazanılan 1-2 medal isə ancaq 8-12 yaş qruplarındadır. Bu yaş qruplarında olan uşaqlar isə, əsasən, şahmat məktəblərində öz məşqçi-müəllimləri tərəfindən hazırlanır. Bu da onu göstəriri ki, yuxarı yaş qruplarındakı şahmatçılarımızın hazırlığı zəifdir. Aydın məsələdir ki, onlar üçün daha ciddi və yüksək səviyyəədə təlim-məşq toplanışlar və fərdi hazırlıqlar lazımdır. Bunun üçün kifayət qədər təcrübəli məşqçilərimiz var. Təlim-məşq toplanışlarına təcrübəli məşqçilər olan Anar Allahverdiyev, Rəsul İbrahimov, Sərxan və Loğman Quliyevləri, İlqar Bacaranini və digərlər məşqçilər cəlb olunmalıdır. Və bu səviyyədə məşqçilər kifayət qədərdir. Bu cür toplanışlar keçirilirmi? Bizdə olan məlumata görə, yox. Nədənsə bu işə federasiyada cavabdeh olan şəxslərə həmin məşqçilər sərf etmir. Məntiqlə düşünəndə, əlbəttə, hətta, lazım gəldikdə xarici ölkələrdən məşqçlıərin dəvət olunması da məqsədəuuğun olar. Təsəvvür edin, Dünya çempionatına 38 şahmatçıya cəmi bir məşçi-rəhbər göndərimişdir. Bir nəfər 38 nəfəri yarış dövrü necə oyunlara hazırlaya bilər?

Uşaq, yeniyetmə və gənc şahmatçıların elə son iki ilin nəticələrinə nəzər yetirdikə, görərik ki, əvvəllər Azərbaycandan geri qalan qonşu ölkələr artıq Azərbaycanı qabaqlayır.

Federasiyanin internet saytına nəzər yetirdikdə elə ilk baxışdan hər şey aydın olur. Saytda bir dənə də metodiki material yoxdur, orada ancaq keçirilmiş yarışlar haqqında informasiya, və şahmatçıların iştirak etdikləri yarışlarda göstərdikləri nəticələr haqında məlumat verilir. Və başqa heç nə. Təkcə qonşu Türkiyənin saytına baxanda hər şey aydın olur.

Digər bir məsələ, Şahmat Akademiyasının yaradılması ilə bağlıdır. Ölkə prezidentinin imzaladığı 2009-2014-cü illərdə Şahmatın inkişaf etgirilməsi haqqında Dölət Proqramında bu haqda konkret olaraq məsələ qoyulmşdur. Lakin proqramın icra müdəti qurtarsa da, Akademiya açılmadı. Qonşu ölkədə isə açıldı və indi müvəffəqiyyətlə fəaliyyət göstərir. FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) saytında (www.fide.com) həmin akademiya nəzdində qrossmeysterlər məktəbi, ustalar məktəbi və digər struktur bölmələrin səmərəli fəaliyyəti haqqında materiallar göstərilir. Bu bölmələrin hər birinə təcrübəli qrossmeysterlər və məşqçlər rəhbərlik edir. Saytda yazılan xəbərə görə bu il orada böyük beynəlxalq konfrans keçirilmiş və bu konfransda FİDE Prezidenti və vitse-prezidentləri, eləcədə məhşur məşqçilər və şahmat xadimləri və mütəxəssisləri iştirak etmişlər.

Əlbəttə, ölkəmizin şahmat ictimaiyyəti bu məsələdə biganə qala bilməzdi. Mərhum Vüqar Həşimovun şərəfinə yaradılmış Vüqar Həşimov Fondu bu yaxşnlarda öz nəzdində “Vüqar Həşimov Şahmat Akademiyası»nı təsis etdi və təntənəli açılaşın keçirdi. Əlbəttə, yenə də federasiyanın bu işdə heç bir rolu olmadı. Federasiyanın vitse-prezidenti Faiq Həsənov açılışda ancaq çıxış etdi. Daha heç nə. Böyük bir binada bir mərtəbənin icarəsi və digər xərcləri Vüqar Həşimov Fondu öz üzərinə götürdü və inamla işə başladı. İnanıriq ki, bu Akademiyanın fəaliyyətinin nəticələri qısa vaxt ərzində özünü göstərəcək.

Bütün bunlara nəzər yetirdikdə belə nəticəyə gəlmək olur ki, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov səviyyəli şahmatçıların hazırlanması yaxın perspektivdə qeyri-mümkündür.

Söhbətin bu yerində isə Azərbaycan Şahmat Fedrasiyasının (AŞF) son dövrdə fəaliyyətinə bir qədər nəzər salmaq yerinə düşər.

Hazırda bəzi saytlarda və mətbuatda tez-tez federasiya prezidenti Elman Rüstəmovun istefa verəcəyi və yeni federasiya prezidentinin seçilməsi məsələsi gündəmə gətirilir. Əvvələ, qeyd etmək lazımdır ki, federasiyanın işi hər istiqamətdə bərbaddır. İstər böyüklər arasında, istərsədə yuxarıda qeyd olunduğu kimi, uşaq, yeniyetmə və gənclər arasında heç bir səmərəli iş aparılmır. 2016-cı ildə Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadası buna sübutdur. Azərbaycan komandası 12-ci yeri tutaraq, son illərdə özünün ən zəif nəticəsini göstərdi. Halbuki reytinqə görə onlar 4-cü idilər. Hətta doğma divarlar və sonuncu turda püşk nəticəsində reytinqə görə özündən təqribən 300 xal geri qalan, komandalar arasında isə 60-cı olan Türkmənistan komandası ilə qarşılaşması da yüksək yer tutmağa kömək etmədi.

Federasiyada nə işlə məğuldurlar?

Bəs bu məsələyə federasiya rəhbərliyinin münasibəti necə oldu? Adətən, bu cür və buna bənzər yarışların yekunu federasiyaların iclaslarında, plenumlarında və konfranslarında ciddi müzakirə olunur. Müsbət və mənfi cəhətlər araşdırlır. Vəziyyətdən çıxış yolları göstərilir, qarşıdakı dövr üçün fəaliyyət proqramı hazırlanır.

Lakin, həmişə olduğu kimi, bu, baş tutmadı. Şahmat Federasiyasının rəhbərliyini isə bu məsələ heç də narahat etmədi. Həqiqət naminə deməliyik ki, Aynur Sofiyeva federasiyanın prezidenti olduğu vaxtda bütün məsələlərin iclaslarda və ya rəyasət heyyətində müzakirə edilər, düzgün qərarlar çıxarılardı. Elə buna görə də, şantaja və təzyiqə məruz qaldığından o, 2007-ci ildə istefa verdi.

Bundan sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov fedrasiya prezidenti seçildi. O, bütün fedarasiya üzvlərin yığdı, hamını dinlədi və şahmatla tanış olduğunu da, dünya çempionatının oyunları ilə maraqlandığını da dedi. Və... bununla da işini bitmiş hesab etdi! Bütün səlahiyyətləri vitse-prezident Faiq Həsənova verdi.

Həmin vaxtdan bu günə kimi 10 ilə yaxın vaxt keçib və bu dövr ərzində nə bir konfrans, nə bir plenum, nə bir ümumi yığıncaq, nə bir ümumi müzakirə aparılmayıb. Bütün məsələləri F.Həsənov təkbaşına həll edib. E. Rüstəmovun qəbuluna düşmək isə müşkülə çevrilib. Düzdür, əvvəllər Elman Rüstəmov federasiyaya kifayət qədər maliyə vəsaiti ayirirdi. Beləki, şəhərin mərkəzində geniş sahəsi olan ofisin kirayələnməsi, əvvəllər 2-3 olan, indi isə 12-15-ə çatdırılan ödənişli ştatların ayrılması, avadanlıq və inventarlarla təmin olunması və digər zəruri tədbirlərə vəsaitin ayrılması buna misal ola bilər. Amma bütün işlərini vitse-prezident Faiq Həsənova həvalə etməsindən sonra yuxarıda qeyd olunan problemləri başladı.

Hazırda vəziyyət xeyli dəyişib və federasiyanın maliyələşdirilməsi bir qədər çətinləşib. Bu vəziyyət isə deyəsən, vitse-prezident F. Həsənovu tam qane edir. Bütün günahlar Elman Rüstəmovun üzərində qalır, yaranmış problemlərə görə istər-istəməz, yeganə hədəf kimi federasiya prezidenti göstərilir.

Məqsəd aydındır, bu, onun sevimli, sınaqdan çıxmış üsuludur. Əvvəlcə, federasiya prezidenti qarşısında etimad qazanır, bütün işləri, maliyyə məsələləri də daxil olmaqla, öz əlinə alır, nöqsanlar üzə çıxmağa başlayanda, ictimai fikri federasiya prezidentinə qarşı yönəltməklə özünü məsuliyyətdən azad etməyə çalışır.

Ən amraqlısı isə odur ki, F.Həsənov ölkədə təşkil olunan yarışların yüksək səviyyədə keçirməsindən danışarkən bunu az qala özünün təkbaşına xidməti imiş kimi təqdim etməyə çalışır. Əvvəla, unudulmamalıdır ki, belə yarışlar birbaşa dövlət rəhbərliyinin iradəsi və dəstəyi baş tutur.

İkincisi, Şahmat Federasiyasının rəhbərliyindəkilər elə bilirlər ki, bu qurumun işi ancaq yarış keçrməkdən ibarətdir. Son illər Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadası ilə yanaşı Azərbaycanda hər il 3 böyük beynəlxalq yarış keçirilir: mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr edilmiş Naxçıvan –open beynəlxalq festivalı, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkirdə keçirilən super turnir və Bakıda (Novxanıda) keçirilən Bakı-Open beynəlxalq turniri. Bütün bu yarışlar vacıb və çox əhəmiyyətlidir. Lakin, gəlin görək onlar necə keçirilir?

Birinisi, şox maraqlıdır ki, sadalanan həmin yarışların hamısının baş hakimi Faiq Həsənovun özü olur. Görəsən niyə? Məlumdur ki, mərhum Vüqar Həşimov, mütəxəssislərin fikrincə, doğrudan da fitri istedada malik, hətta dünya çempionu olmaqa layiq və buna qadir olan şahmatçı idi. Hamı da bilir ki, sağlığında onunla Faiq Həsdənov arasında ixtilaf vardı, bu ixtilaf mətbuata qədər çıxmışdı. F.Həsənovun Vüqar haqqında həqiqiətdən uzaq fikirlərini unutmamışıq. Elə isə indi onun şərəfinə keçirilən turnirdə hər il məhz F.Həsənovun baş hakim olması hansı məntiqə sığır? Burada daha çox pul qazanmaq və başqalarını, necə deyərlər, «mətbəxə» buraxmamaqdan başqa məqsəd varmı?

Doğrudur, həmin yarışlara cuzi zəhmət haqqı ilə digər hakimlər də buraxılır, lakin onlar digər hər şeydən kənardılar. Faiq Həsənov bu mətbəxə ancaq öz yaxın dostu Namiq İsmayılovu (hansı ki, onu da Eldar Namazov federasiyanın prezidentli olduğu dövrdə öz yerlisi və ailə dostu kimi federasiya rəyasət heyətinə üzv seçdirib) buraxır.

Federasiya ancaq 4 nəfərdən ibarətdir?

Çox maraqlıdır ki, Federasiyanın saytında ancaq onun prezident E.Rüstəmov, vitse-prezidentlər Faiq Həsənov və Mahir Məmmədov, reytinq meneceri Vitali Sapronov barədə məlumat var. Rəyasət Heyyətinin digər üzvləri, baş katib, komissiyaların rəhbərləri, yığma komandaların məşqçiləri və digər məsul şəxslər haqında heç bir məlumat yoxdur. Əlbəttə ola da bilməz, çünki bəlkə də onlar rəsmən olsalar da, faktiki yoxdur. Əgər hər hansı şahmatçı, məşqçı, hakim, valideyin, mətbuat nümayəndəsi, və digər şəxs federasiya haqqında, ümumən şahmat haqqında hər hansı məlumat almaq, problemi həll etmək istəsə, ancaq və ancaq Faiq Həsənovla görüşməlidir.

Səbəb aydındır: həm də Mərkəzi Bankı İdarə Heyətinin sədri olan Elman Rüstəmov «işlərinin çoxluğundan əlçatmaz»dır, digər vitse-prezident Mahir Məmmədov SOCAR-n Gürcüstan nümayəndəliyinin rəhbəridir, əksər vaxtlar Tiflisdə olur. Doğrudur o, Ümumdünya Şahmat Olimpiadasının və digər beynəlxalq tədbir və yarışların keçirilməsi, ölkəmizin klub komandalarının və milli yığma komanda təşkili və maliyələşdirilməsi, eləcədə, komanda üzvlərinin və aparıcı şahmatmıların maliyələşdirilməsi istiqamətində xeyli işlər görür, lakin Bakıya çox az-az gəlir. Bəs bu yazıq insanlar öz problemlərin kimlə həll etsin?

Saytın hakimlər bölməsində bir neçə hakim haqqında da bəzi məlumatlar var. Onlardan biri (Namiq İsmayılov) haqqında yazıldığı kimi oxuyuruq: «Bir neçə dəfə dünya və Avropa çempionatlarının hakimi olub. Yüksək kateqoriyalı məşqçi, (şübhəlidı, Əsasnaməyə görə, bu adı almaq üçün tam ştatla məşqçi-müəllim işləmək, ali bədən tərbiyəsi və idman təhsilinə malik olmaq və dünya və Avropa çempionatlarının qalib və mükafatçıların yetişdirmək lazımdır). Daha sonra görürük: Kimya üzrə elmlər namizədi.(!) Milli EA-nın baş elmi işçisi. Tibb Universitetinin müəllimi. Ağır atletika üzrə ustalığa namizəd (!). Fikrimizcə, əlavə izaha ehtiyac yoxdur.

N.İsmaylov ictimaiyyət arasında həmişə təkrar edir ki, o, federasiyanın məsul katibidir və bunun üçün də əmək haqqı alır. Lakin Nizamnaməyə əsasən, federasiyada ancaq baş katib ştatı var, bildiyimiz qədəriilə AŞF-nin hesabat-seçki konfransında, bu vəzifəyə İ.Məmmədov seçilib və hazırda da öz işindədir. Nizamnamədə məsul katib ştatı yoxdursa, o hardan və niyə yaranıb? Federasiya rəhbərliyi Nizamnaməsini nə səbəbə pozublar? Ola bilsin, bununla N.İsmaylova maddi yardım etmək istənilib, bu lazım olmayan vəzifə «yaradılıb», əmək haqqı təyin edilib. Hər halda aydın görünür ki, AŞF-də idarəçilik baxımından da xeyli problemlər var, ölkə şahmatını düşdüyü və getdikcə dərinləşən ağır durumdan xilas etmək adına həmin problemlərin həlli də mütləqdir.

Federasiya ilə Təhsil Nazirliyi arasında nə baş ver(m)ir?

Federasiyanın fəaliyyətilə bağlı digər bir məsələyə diqqət yetirək:

İddialara görə, federasiya rəhbərliyinin Təhsil Nazirliyi ilə də problemləri var. Məlumdur ki, indi respublikada 66 şahmat məktəbi fəaliyyət göstərir və hamısı Təhsil Naziliynə tabedir. Lakin, fedarasiyanın nazirliklə əlaqələri demək olar ki, sıfr nöqtəsindədir. Bu da ümumi işə zərbə vurur. Nazirlik və ona tabe olan idman təşkilatı bəzən komandalarını lazımi yarışlara yox, əhəmiyyətsiz yarışlara ezam edir. Məsələn, 2015-ci ilin dekabrında kiçik yaşlı uşaqlardan ibarət xeyli şahmatçı Belarusiyanin paytaxtı Minsk şəhərində keçirilən kişilər arasında şahmatın blits və rapid növü ürə Avropa Çempionatına göndəriliblər. Bu yarışda ən yaxşı nəticə 325-ci (!!!) yer olub. Halbuki, elə həmin ilin iyul-avqustunda Serbiyada məhz uşaq, yeniyetmələr və gənclər arasında , bütün yaş qrupları üzrə keçirilən eyni yarışa bir nəfəri də ezam etməyiblər. Məntiq başa düşülən deyil. Bundan başqa, keçən il də, bu il də Rusiyada keçirilən idman cəhətdən az əhəmiyyətli turnirlərə komandalar göndəriblər. Amma, dünya və Avropa çempionatlarına bir çox şahmatçılar öz valideyinlərinin pulları ilə gedib.

Digər bir məsələ məktəbdə şahmat məsələsidir. Yəni, ümumtəhsil məktəblərində şahmatın tədrisi məsələsi. İndi bir çox ölkələrdə, o cümlədən, bizə qonşu ölkələrdə ümumtəhsil məktəblərində şahmat tədris olunur. Bu məsələ hökmən həmin ölkələrin şahmat federasiyaları ilə birlikdə həll olunur. Bakıda və respublikamızın da bütün rayonlarında bir neçə pilot mümumtəhsil məktəblərinin ibtidai siniflərdə həftədə bir saat şahmat dərsi salınıb. Lakin bu məktəblərin hamısında bu dərsləri şahmatçı yox, həmin məktəbin müəllimləri tədris edir. Hansı müəllimin ki məktəbdə dərs yükü aşağıdır, şahmat fənninin tədrisi də ona tapşırılır. Bu da sonda heç bir fayda vermir. Əlbəttə ki bu işin daha faydalı olması üçün federasiya ilə nazirlik birgə işləməli və lazımi kadr potensialı yaradılmalıdır.

Və sonda:

Bu məqalədə biz heç də Azərbaycan Şahmat Federasiyasına və onun rəhbərliyinə qarşı qərəzli və subyektiv mövqe bildirmək fikrində olmamışıq. Məqsədimiz real vəziyyəti açıqlamaq, ölkəmizdə şahmatı daha da inkişaf etdirmək, bu işdə digər qonşu ölkələrdən geri qalmamaq üçün real və səmərəli işlərin görülməsinə nail olmaqdır.

Onu da unuutmayaq ki, yazıda Azərbaycan şahmatının hazırki çoxsaylı problemlərinin ancaq bir qisminə toxunulub.

Ümid edək ki, tezliklə Şahmat Federasiyasına yeni, funksional rəhbərlik seçiləcək, cari işlərin idarə olunması sağlam qüvvələrə tapşırılacaq, belələliklə də, zəngin ənənələri, şanlı keçmişi olan Azərbaycan şahmatı düşdüyü “qara zolaq”dan çıxacaq, əvvəlki şöhrətinə qovuşacaq!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru