İlham Qasımovla Sahib İbrahimov türk iş adamına necə kələk gəldilər? – QALMAQAL
Tarix: 6-12-2016, 10:03 | Çap et
Onu işlədiyi sferada çox "yaxşı” tanıyırlar. Özünün dediyinə görə, olduqca vicdanlı və dürüst fəaliyyət göstərib… Hətta o qədər vicdanı "təmiz” olub ki, rəhbərlik etdiyi "Real MTK”da belə insanların necə aldadılmasına rahatca göz yummağı da bacarıb. Nəticədə, tilovuna saldığı insanlar bir də onda ayılıblar ki, külli miqdarda pullarını, əmlaklarını fırıldaqçının birinə peşkəş veriblər. Yüzminlərlə pul verib, obyekt və mənzil almış insanlar adi bir dələduzun qurbanı olublar.
Yəni biz bu qədərmi saf millətik? Yəni insanları aldatmaq bu qədərmi asandır? Hadisələrin gedişatına nəzər salsaq görərik ki, İlham Qasımov uydurduğu yalanlarına nəinki özünü, hətta başqalarını da inandırmağı bacarıb. Dediyinə görə, onun kifayət qədər yüksək vəzifəli tanış məmurları olub və o, böyük işlər görmək üçün məhz böyük məbləğlərdə "şirinlik” də verib. Demək, aldadılan insanlar məhz bu yolla tələyə salınıb. Bunu, dələduzluqda ittiham olunan İlham Qasımov öz məhkəməsində etiraf edib. Hətta demək olar ki, hər dinləmədə hansısa bir dövlət orqanının və ya yüksək dövlət məmurunun adını çəkərək, onlara külli miqdarda rüşvət verməsiylə bağlı iddialar irəli sürüb. Bunda İ.Qasımovun məqsədi nə idi?! Özünü təmizə çıxarmaqmı, yoxsa kimlərdənsə dəstək alaraq, cənab Prezidentin təyin etdiyi dövlət məmurlarına qarşı ləkələr yaxmaq?! Bu məsələdə cavabsız suallar o qədərdir ki…
Fakt isə odur ki, məhkəmənin qərarına əsasən, dələduzluqda ittiham olunan İlham Qasımov 15 il müddətinə azadlıqdan məhrum olundu. Amma… Məsələnin başqa bir tərəfi də var… Qulaq şahidlərinin dediyinə görə, "Real MTK” nın əməkdaşları israrla bildirirlər ki, "şefləri” tezliklə azadlığa çıxacaq. Qeyd edək ki, hökm verilmədən öncə Qasımovun adamları Ağır Cinayətlər Üzrə Məhkəmənin hakimi Zeynal Ağayevə 350 000 dollar verildiyini və qərarın onların xeyrinə olacağını yazırdılar. Ancaq istədikləri olmadı və 350 000 söhbətinin blef olduğu üzə çıxdı. İndi görəsən, kim bunlara söz verib?
İ.Qasımovun vəkilləri həm də hər yerdə çox gülünc bir iddia səsləndirirlər: İlham müəllim, günahsızdır, ona böhtan atıblar. Onu həbsdə 2 nəfərin – Gülağa Tənha (məşhur şair) və Müqəddəs Sultanovun (Baş prokurorluğun vəzifəli şəxsi) sifarişi ilə cəza kəsiblər. Hətta deyilənə görə, İlham Qasımova yaxın olan bəziləri gizlincə onu da pıçıldamağa başlayıblar ki… Gülağanın da, Müqəddəsin də pulu qaytarılıb və buna görə də İlham müəllim tezliklə yenə işinin başına dönəcək. Görəsən yaxınları "işinin başı” dedikdə, nəyi nəzərdə tutur? İ.Qasımovun narkotik ticarətiylə məşğul olması iddiasınımı? Dövlət məmurlarına şər atmasınımı? (Məsələn, Hacıbala Abutalıbov və müavinlərinə 4 milyon rüşvət verdiyini deməsi… ) Yoxsa sadə, sıravi Azərbaycan vətəndaşlarını illərdir rəzil vəziyyətinə qoymasınımı?
İlham Qasımovun "Sahil D”-yə direktor təyin etdiyi və "Real MTK” da mühasibi olan Ədilağa adlı birisi hətta o qədər cızığından çıxmışdı ki, İlhamın işini aparan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Rəşad Mansurovun vəzifə səlahiyyətindən sui-istifadə etməsini həyasızcasına məhkəmədə səsləndirirdi. O, çəkinmədən deyirdi ki, Rəşad Müqəddəs Sultanovun tapşırığı ilə İlham müəllimin şirkətlərində çalışan bütün işçiləri dindirərək, onlara hədə-qorxu gəlib və İlhamla bağlı verdikləri izahatı məcburi şəkildə onun əleyhinə dəyişdirirmiş.
Sözsüz ki, olduqca absurd və yalan dolu bu fikirlər reallıqdan tam uzaqdı və həqiqət deyilənlərin yox, faktların diktəsində idi. Faktlar isə daha qorxulu məqamlardan danışırdı: İlham Qasımov təkcə yerli iş adamlarına qənim kəsilməmişdi… Onun fırıldaqçı nəfsinin arenası genişlənirdi. Hədəf qardaş ölkənin biznes sektorunda kifayət qədər nüfuzu olan və Azərbaycan bazarına sərmayə qoymaq istəyən vicdanlı insanlar idi. Məsələn, Türkiyənin tikinti sektorunda kifayət qədər məşhur olan "Mərcansoy” brendi kimi…
Brendin sahibi "Mərcansoy”Şirkətlər qrupunun sahibi Mövlanə Əli Mərcan 2007-ci ildə Azərbaycana gələrək, burada tikinti sektoruna investisiya yatırtmaq istəyib. Bədbəxtlikdən elə ilk gündən ortaq tanışlar türk iş adamını dələduz "işbaz” İlham Qasımov və onun ortağı Sahib İbrahimovla tanış edib. Vəssalam. Mərcanın Bakı macəraları başlayıb. Yüksək faiz adı ilə ortaqlıq təklifi alan iş adamı tezliklə Bakıda ucaldılacaq ən yaraşıqlı binalarda onun da yatırımı və zəhməti olacağı ümidi ilə pullarını fırıldaqçılara çemodanla verib. Bəli, yalnış oxumadınız, Qasımovla İbrahimov pulu nəğd yolla alıblar. Bu fakt özü-özlüyündə Qasımovla İbrahimovun Eldar Mahmudovun ”krışa”sı altında hərəkət etdiyini göstərir. Çünki milyonlarla nəğd dolları heç kim sabiq MTN şefindən xəbərsiz ölkəyə gətirə bilməzdi. Dubay, Çin, Rusiya və Türkiyədə daxil olmaqla, nəğd köçürmələrin hamısına Mahmudov-Çovdarov ikilisi nəzarət edirdi.
Türkiyəli iş adamının sözlərinə görə, beləcə onun illərlə aldanışı başlayıb. Dəfələrlə sərmayə qoyduğu tikintidə işlərin necə getdiyini bilmək üçün əraziyə gələn Mövlanə bəy içəri buraxılmayıb. Müxtəlif bəhanələr,əsassız söhbətlər şübhələrə yol açıb. Nəticədə, aldadıldığını hiss edən iş adamı məsələdən hər iki dövlətin yüksək vəzifəli məmurlarını agah etmək istəyib. Məsələ ilə bağlı Daxili İşlər Naziri Ramil Usubov şəxsən göstəriş verib və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsi işə başlayıb. İlham Qasımovun bir mənzili bir neçə adama, özü də müxtəlif qiymətlərlə satdığı aşkarlanıb. Hətta araşdırma zamanı o da məlum olur ki, tikintisinə 10 milyon dollara yaxın pul qoyan Mövlanə bəyə vəd olunan mənzillər də əlindən çıxıb. Çünki fırıldağın və hərisliyin pik həddində olan İ.Qasımov artıq o evlərə də müştəri tapıbmış… Beləcə, milyonları əlindən çıxan iş adamı Mərcan ömrü boyu heç kimin vurmadığı zərbəni qardaş bildiyi ölkənin vicdansız işbazından alır. Onu da qeyd edək ki, Azərbaycanda yaşadığı bu qədər müsibətlər Mərcan ailəsinin ölkəmizə olan sevgisini azaltmayıb. Sadəcə, pozulan hüququnun bərpasını və mənimsənilən milyonlarını geri istəyir. Qasımov-İbrahimov cütlüyünün fırıldaqlarının cəzasının günahsız Azərbaycan vətəndaşlarının evsiz qalaraq ödənilməsini istəmir, tam əksinə, Azərbaycan hökumətindən dələduzların mənimsədiyi pullarını geri qaytarması üçün yardım istəyir.
Sözsüz ki, bu qədər əlahəzrət faktın qarşısında dırnaqarası işbaz öz cəzasına çatmalıydı… Çatdı da – 15 il…
Amma bu 15 il haqqı tapdanan insanların, pulu göyə sovrulan iş adamlarının, ümidi puç olan evsizlərin yarasına məlhəm ola biləcəkmi? Onların çəkdikləri maddi və mənəvi ziyanın dəyərini kim ödəyəcək? Ya da heç ödəniləcəkmi? Suallar yenə də cavabsız qalır… Amma əminik ki, cavabsız qalan bu sualların bir gün mütləq nöqtə vaxtı olacaq. Çünkü bu həyatda heç nə cavabsız və cəzasız qalmır… Necə ki, İlham Qasımovun arxalandığı Eldar Mahmudov və Akif Çovdarovun imperiyaları başlarına yıxıldı. O da cəzasını layiqincə çəkəcək… Yenicag.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
|