Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                 

Şərqin İsveçrəsi - Azərbaycan “iki od” arasında - Gəlişmə
Tarix: 31-05-2017, 09:01 | Çap et
Şərqin İsveçrəsi - Azərbaycan “iki od” arasında
Cənub qonşumuz İranla Azərbaycanın strateji tərəfdaşı Səudiyyə Ərəbistanı arasında münasibətlər gərgin olaraq qalır. Bu gərginliyin kökündə yalnız ötənilki Həcc ziyarəti zamanı Məkkədə baş vermiş qəzada yüzlərlə iranlı zəvvarın ölməsi faktı durmur, həm də və daha çox böhranlı Yaxın Şərq, Suriya (Bəşər Əsəd) məsələsində bu iki ölkənin toqquşan maraqları dayanır.

Bu da iki isti fakt: ötən həftə Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş İslam sammitinə İran dəvət olunmadı. Azərbaycanın da qatıldığı həmin zirvə görüşü çərçivəsində “İslam NATO-su” ideyası da müzakirə predmeti oldu. Şəksiz ki, bu, həm də İran əleyhinə bir layihə kimi qiymətləndirilir. Həm “İslam ordusu” ideyası, həm də cənub qonşumuzun sammitə dəvət olunmamasının nəticəsi idi ki, toplantıdan bir gün sonra İranın Ali dini lideri, ayətullah Əli Xomeneyi Səudiyyə Ərəbistanı rəhbərliyi haqda sərt, bir qədər də təhqiramiz ifadələr işlətdi.

*****

Rəsmi Bakı, şübhəsiz ki, Ər-Riyadla Tehran arasında münasibətlərin belə kritik xarakterinin fərqindədir. Təbii ki, Azərbaycan bütün hallarda öz böyük qonşusu ilə normal münasibətlər saxlamaq zorundadır və buna həmişə çalışır da. Ələlxüsus İranla iqtisadi əlaqələrin inkişafına məxsusi diqqət yetirilir.

Bunun ən bariz təzahürü kimi Azərbaycan, İran və Rusiya arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi haqda ötən ilin yayında üç prezident səviyyəsində əldə olunan anlaşma sayıla bilər. Anlaşma uğurla həyata keçməkdədir və gələn ay - iyunda İran, Rusiya və Azərbaycan prezidentləri Tehranda bir araya gələrək, imzalanan sənədlərin yerinə yetirilməsinin gedişini bir daha müzakirə edəcəklər.

Sözsüz ki, Bakı-Tehran münasibətlərinin normalda qalması İranın da marağındadır. Qarşılıqlı əlaqələrin inkişafına verilən önəm isə mayın 29-da Azərbaycan prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhaniyə etdiyi telefonla zəng ilə növbəti dəfə öz təsdiqini tapmış oldu.

*****

Xəbər verildiyi kimi, İlham Əliyev Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran prezidenti və xalqına təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə edib.

Öz növbəsində Ruhani göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, müqəddəs Ramazan ayı və 28 may - Respublika günü münasibətilə Azərbaycanın dövlət başçısını və xalqını təbrik edib, xalqımıza firavanlıq diləklərini çatdırıb (28-may - istiqlalımızla bağlı tarix olduğu üçün Ruhaninin ilk dəfədir etdiyi bu jest xüsusi diqqət çəkməyə bilməz).

Bundan əlavə, söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhülkəsizlik məsələləri, “Şimal-Cənub” dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxıb və əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin hamısı uğurla icra edilir.

*****

Bu, doğrudan da belədir: iki ölkə arasında iqtisadi-ticari əlaqələr son illər ərzində yüksələn xətlə inkişaf edir. Ən əsası, bu əlaqələrin, proje və anlaşmaların hamısı işğalçı Ermənistanın iqtisadi təcridinin güclənməsinə işləyir, İran üçün təcavüzkarın strateji önəmini azaldır. Adekvat şəkildə Azərbaycanın önəmi artır. Artan iqtisadi önəm isə regionda güclənən söz sahibliyi deməkdir.

Doğrudur, İran hələ ki qardaş Türkiyədən, Pakistandan və Səudiyyə Ərəbistanından fərqli olaraq, təcavüzkar Ermənistanla isti əlaqələr saxlayır - hansı ki, ötən ilin qışında H.Ruhaninin İrəvan səfəri ilə bir daha nümayiş olundu. Ancaq o da var ki, ortaq iqtisadi maraqlar olan yerdə ortaq siyasi maraqlar, ortaq hədəflər də qaçılmaz olur.

Biz həmçinin bu günlərdə İranın Ali dini liderinin Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamanı da nəzərə alırıq. Cənab Xomeneyinin ofisi bildirmişdi ki, işğal altındakı Qarabağ müsəlman torpağıdır və oradakı rejimlə hər hansı əlaqələr qurmaq günah və cinayətdir.

*****

Azərbaycan bu kimi yanaşmanı qiymətləndirir. Eyni zamanda arzu edir və gözləyir ki, İran Dağlıq Qarabağ məsələsində, işğal məsələsində nəhayət, daha prinsipial, islami dəyərlərə uyğun mövqe tutacaq ki, müsəlman torpağı olan Qarabağa işğaldan tezliklə azad olunsun - qardaş Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi.

Yeri gəlmişkən, Pakistan və Səudiyyə Ərəbistanı məhz işğal faktına görə Ermənistanla bu günədək diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi, ümumiyyətlə, tanımırlar. Bakı bunu da heç vaxt unuda bilməz. Yəni əməl məsələsi. Di gəl, böyük qonşu kimi İranla da bizim münasibətlərimiz Qarabağ məsələsində az önəm kəsb eləmir.

Bu xüsusda Azərbaycan bu iki böyük müsəlman dövləti arasında iki od arasında kimi görünə bilər. Fəqət, balans siyasəti, Qarabağ dərdi tələb edir ki, onlardan biri ilə yaxşı münasibət digərinin hesabına olmamalıdır. Yaddan çıxarmayaq ki, konfliktin hərbi yolla həlin gündəmə gələcəyi təqdirdə Tehranın mövqeyi də Azərbaycan üçün az əhəmiyyət kəsb etməyəcək.

Bu mənada Bakının bir-bir ilə ziddiyyətdə olan iki qonşu-tərəfdaş arasında barışdırıcı xətt yürütməsi ən ağıllı gediş olardı. Necə ki, Bakı Türkiyə-Rusiya münasibətlərinin böhrandan çıxmasında uğurlu vasitəçi, meydança rolu oynamışdı, necə ki, ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüş yeri kimi məhz Bakı seçilmişdi...

*****

Necə deyərlər, Azərbaycanın Şərqin İsveçrəsi roluna iddia eləməsinə ən çox haqqı çatır və buna uyğun gəlir. Belə rol təbii ki, Ermənistanlıq deyil. Bu, işğalçı ölkənin çəkisində olmayan, İrəvanın əli çatmayan bir statusdur. Və bu status Qarabağ probleminin ədalətli həllində bənzərsiz, hətta həlledici rol oynaya bilər - istər dinc həll yolu olsun, istərsə də müharibə variantı.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru