“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                 

"Cavid Qurbanovun müftəyeyənləri məni çuldan-çuxadan çıxardılar..." - "Nəyim vardı əlimdən alıb, oğlumu da tutub dama basdılar"
Tarix: 6-06-2017, 11:07 | Çap et
"Cavid Qurbanovun müftəyeyənləri məni çuldan-çuxadan çıxardılar..."
Kəlbəcər rayonu Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı Qalib Bayramovun günahsız yerə həbs olunması haqqında atası Əli Bayramovun verdiyi məlumatlar əsasında “Hürriyyət”də dəfələrlə məlumatlar dərc olunub.

Xatırladaq ki, Qalib Bayramov Cinayət Məcəlləsinin 178.3.2, 308,1, 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilərək həbs olunub.

Əli Bayramov bildirir ki, 41 yaşlı oğlu Qalib Bayramovun günahsız yerə həbsə atılmasının səbəbkarı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovdur.

Əli Bayramov “Hürriyyət” qəzeti vasitəsilə ölkə başçısına müraciət edib, səhəttində ciddi problemlər olan oğlunun azadlığa buraxılmasında İlham Əliyevdən kömək istəyir. Atanın müraciətini oxucuların da nəzərinə çatdırırıq:

“600 qoyunum, 30 inəyim, 3 atım, evim, ət dükanım, maşınlarımın olması icra başçısına xor görükdü...”

“Möhtərəm Prezident!

Mən Əli Bayramov Kəlbəcər rayon məcburi köçkünüyəm. Yurd-yuvamızdan didərgin düşəndən sonra ailəmlə Gəncə şəhərindəki Gülüstan qəsəbəsində məskunlaşdıq. Kəlbəcərdə dədə-babamdan mənə heyvandarlıq təsərrüfatı qalmışdı deyə, bu işdən yaxşı baş çıxarırdım, orda dolanışığım çox yaxşı idi. Gəncəyə gələndən sonra da iki oğlumla köməkləşib maldarlıq təsərrüfatımı böyütdüm.

600 qoyunum, 30 inəyim, 3 atım, “Mersedes”, “QAZEL” maşınlarım, evim, hər avadanlığı içində böyük ət dükanım vardı. Firavan yaşayırdıq. Görünür, mənim belə yaşayışım havayı yeyən məmurların gözünə xor görüküb. Nəyim vardı əlimdən alıb, məni çuldan-cuxadan çıxarıb, qəpiksiz qoydular.

Oğlum Qalib Bayramov da Kəlbəcər “sobez”ində məsləhətçi işləyirdi. Onun da gözəl ailəsi, 2 balası vardı.

“İcra başçısı dedi 150 min manat gətir, oğlun olsun müdir...”

3 il bundan qabaq Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov məni yanına çağırtdırıb dedi ki, öğlunu “sobez”in müdiri qoydurmaq istəyirsən? 100 min manat gətir, oğlun olsun müdir. Mən bu təklifə razılaşdım. 100 min manat düzəltdim. Sonra çağırtdırıb dedi ki, 100 min azdı, yuxarı da hesab verməliyəm, 50 min də gətir. 150 min manat pul verdim. Bu pulu da götürmək üçün oğlanlarımın, həyat yoldaşımın, qohum-əqrəbanın adına bankdan borc götürdük. Sonra “sobez” müdiri oğlumu yox, bir başqasını qoydular. Pulumu geri istəyəndə icra başçısı dandı ki, nə səni görmüşəm, nə pulunu. Üstəlik də mənə hədə-qorxu gəldi. Mən də bu haqda rəsmi orqanlara və mətbuata yazmağa başladım.

İcra başçısı dedi ki, səsini çıxartsan oğlunu tutduracam. Kəlbəcər rayonun keçmiş prokuroru Ariz Əliyev məni çağırtdırıb hədələdi, dedi səsini çıxarma, 90 min manat gətir, yoxsa oğlun həbs olunacaq, üzünə adamlar duracaq ki, pensiyayla, əlilliklə bağlı rüşvət alıb. Oğlumun qazamata düşməməsi üçün yenə borca girdim, mal-mülkümü satdım, bu pulu da ona verdim.

Sonra məni Kəlbəcər “sobez”inin müdiri Elşən Əlizadə çağırtdırdı. Dedi ki, sənin oğlunu tutacaqlar, nazirlikdən göstəriş gəlib ki, Qalib Bayramovun əmək kitabçasını “qarala”, göndər bizə, bu işi ört-basdır eləmək üçün 80 min manat gətirməsən, oğlunu tutacaqlar. Yenə də olub-qalanım nəyim vardı satdım, bu pulu verdim ki, təki oğlumu tutmasınlar. Bu hesabla mənim cəmi 320 min manat pulumu aldılar. Nəyim vardı - ev, maşın, mal-qaram, pensiyam hamısı əlimdən getdi. Borca düşdüm. Kirayələrdə qaldım.

Sonra oğlum axtarışa verildi ki, guya qaçıb gizlənib. Kəlbəcərin polis bölməsinə çağırıb, oğlum tanımadığı, borclu olmadığı bir adamı onun üzünə durdurublar, sonra o adam oğlumu polis bölməsindəcə döyüb. Qolunu qandallayıb, bir gecə saxladılar sonra buraxdılar ki, get iş tap, pul adını çəkmə. Bunca haqsızlığa nə qədər dözək. O iş axtardı, tapmadı.

“Oğlumun ailəsini dağıtdılar: Qayınatası işini itirməmək üçün qızını oğlumdan ayırdı...”

Qalib həbs olunmamışdan qabaq oğlumun ailəsini dağıtdılar. Qayınatası icra hakimiyyətində işləyir. O da görünür vəzifəsini itirməsin deyə qızını oğlumdan ayırdı.

Mən də bu haqsızlara dözməyib, hörmətli Prezidentim Sizə, xanımınız hörmətli Mehriban xanım Əliyevaya, hörmətli nazirlərimizə şikayət məktubları göndərməyə başladım. Şikayət ərizələrim Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə toplanıb.

Cavid Qurbanov bizim deputatımızdır. Bizim rayonun millət vəkili kimi Cavid Qurbanova öz dərdimi deyə bilmədim, çünki Aqil Məmmədov Cavid Qurbanovun yaxın qohumudur.

Bir il qabaq Kəlbəcər rayon icra hakimiyyəti başçsının I müavini Təhməz Cəfərov oğluma zəng edib deyib ki, gəl görüşək, sözüm var. Oğlumla görüşəndə Təhməz Cəfərov Cavid Qurbanovun adından deyib ki, Qalib Bayramovun atasına denən sayta, qəzetə şikayət verməsin, nəvəsini oxuduram, oğluna da iş verirəm, amma pulun adını çəkməsin.

Bundan başqa o, Sovetlər dövründə bizim rayonun birinci katibi olan bir şəxsin qardaşıoğlu İmamverdi Cəfərovu da oğlumun üstünə göndərib ki, atası ora-bura yazmasın, yoxsa oğlunu tutduraram, özünü də ayağıma gətridib, yalvardaram.

Axı mənim Cavid Qurbanovla nə ədavətim var, nə düşmənçiliyim ola bilər ki, o mənə sifarişlər göndərib.

Cənab Prezident!

“Mənim oğlum dustaq deyil, bu məmurların girovudu”

Oğlum nə yeyib, hansı cinayəti törədib ki, ona 11 il iş kəsilib? Adam öldürənə, nəşə satana, bank yarana bu qədər iş verilmir. Vətəndaşlardan pulu o yox, mən götürmüşəm, rüşvəti əlimlə mən vermişəm. Niyə rüşvətalan məmuru yox, rüşvətverən kimi məni yox, oğlumu tuturlar?!

Möhtərəm Prezident!

Mənim 67 yaşım var. Bu gündən sabaha ümidim yoxdur. Amma ölən günə qədər Sizin ədalətinizə güvənib oğluma qarşı haqsızlıq edənlərə qarşı mübarizə aparacam.

Göndərdiyim şikayət məktublarının Sizə çatdırılmasına imkan verilmir. Ailəmlə sərhədi keçib, öz torpağıma getmək istədim, qoymadılar. Sizdən də bunu gizlətdilər. Keçməkdə məqsədim o idi ki, ya öz əsgərlərimizin gülləsindən öz torpağımda ölüm, ya da doğulduğum torpaqda erməni gülləsindən, amma bu məmurların girdabında qalmayım.

Möhtərəm Prezident!

Mən mətbuat vasitəsilə sizə bəyan edirəm. Mənim, ailə üzvlərimin başına bir iş gələrsə, bu işdə cavabdeh şəxslər – Cavid Qurbanov, Aqil Məmmədov, Ariz Əliyev, onlarla əlbir olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Ziyafət Quliyev və Elşən Əlizadədir.

Siz çıxışlarınızda bildirirsiniz ki, məmurlar vətəndaşlara xidmət etməyə borcludur! Amma mən yalnız Sizə və xanımınız Mehriban Əliyevaya güvənirəm!

Oğlumun səhhətində ciddi problemlər var, ürəyi və beli xəstədir! Üstəlik də həbs olunarkən döyülməyi, ona təzyiqlər göstərilməyi, eşitdiyimə görə, onun səhhətini hazırda lap pisləşdirib. Mən oğlumla görüşə bilmirəm. Çünki pulum yoxdur. Aqil Məmmədov və havadarları məni müflisləşdirib, çuldan-çuxadan çıxarıblar.

Sizdən bir ata kimi xahiş edirəm! Oğlumun haqsız yerə qazamatda çürüməsinə yol verənlərə göstəriş verin, onu azadlığa buraxsınlar”.

...mühüm zərər vurub

Qalib Bayramovun Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İman Dadaşovun sədrliyilə 3 may 2017-ci il tarixdə keçirilən məhkəmə hökmündə qeyd olunur: “Qalib Bayramov öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib, zərərçəkmiş şəxsin əmlakını təkrarən ələ keçirib, xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi qabacadan əlbir olduğu qeyrisi ilə birlikdə bir qrup şəxs halında xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlərə görə özləri üçün birbaşa yolla pul vəsaitini rüşvət kimi istəyərək alıb, təkrarən törədilməklə rüşvət alıb, vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən zidd olaraq istifadə etməsi və quluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi nəticəsində fizki şəxsin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub”.

Əli Bayramov isə bildirir ki, həmin məhkəmə hökmündə oğlunun adına yazılan bütün cinayətlər şərdir, böhtandır: “Çünki oğlum orada sıradan bir işçi olub. Əgər o, bu qədər cinayətlər törtəmişdisə, bəs idarənin rəhbərliyi hara baxırdı? Demək onlar öz işlərinin başında oturmayıblar ki, bu qədər rüşvətxorluğa yol verilib, yaxud da idarə müdiri də bu qədər rüşvətxorluğa şərik olub. Elə isə niyə idarə müdiri azadlıqdadır? Kəlbəcər “sobez”ində kimin nə cinayəti olub, oğlumun boynuna qoyulub”.

İcra başçısı Aqil Məmmədov məzuniyyətdə

Məsələ ilə əlaqədar yazıda adı çəkilən şəxlərlə əlaqə saxlamaq istədik.

Kəlbəcər rayon İcra Hakimiyyətinə zəng etdik. Cavab aldıq ki, icra başçısı Aqil Məmmədov bu gündən məzuniyyətdədir, işə çıxmır.

Cavid Qurbanov xaricdə

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova dedi ki, özü də, sədr Cavid Qurbanov da xaricdədir, növbəti həftənin birinci günü əlaqə saxlayaq.

DSMF sədri dandı

DSMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadə isə bildirdi ki, o nə pul alıb, nə də Qalib Bayramovu tanıyır: “Mən icra başçısı deyiləm, böyük səlahiyyət sahibi deyiləm, kiməm ki, o qədər pul alım. İstintaq olub, günahkar kimdi, məlumdu. Mən Əli Bayramov tanımıram”.

Vəzifəyə gəlmək üçün 30-dək şəxsdən sələmlə borc alıb

Qalib Bayramovun vəkili Tünzalə Vəliyeva bildirir ki, təqsirləndirilən şəxsin müdafiəçisi olaraq işin Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsindən Gəncə şəhər Apellyasiya Məhkəməsinə göndərilməsini istəyib. Yaxın günlərdə baxılacağı gözlənilir.

Vəkilin Apellyasiya şikayətində Qalib Bayramovun ifadələri yer alıb. Qalib Bayramov vəzifəyə gəlmək üçün 30-dək ifadəsində ayrı-ayrı şəxslərdən borc pul aldığını, həmin məbləğlərin əksərinin bankdan faizlə və sələmə götürdüyünü, bu borcların çox qisminin faizilə birgə qaytardığını qeyd edib.

Vəkil isə qeyd edib ki, müdafiə etdiyi şəxs barəsində ittiham olunan Cinayət Maddəsinin maddələriylə bəraət hökmü çıxarıla bilər.

“Allahdan qorxun, üstümü unlu görüb, məni avam bilməyin, susmayacam”

Atası isə deyir ki, oğlu aldadılaraq, vəzifə ilə şirnikləndirildiyi üçün borca düşüb: “Mən vicdan əzabından ölürəm! Vəzifə adıyla məni şirnikdirib, oğlumun həyatını alt-üst etdilər. Bizim dinc ailəmiz vardı. Kimsəylə işimiz yoxdu! Təsərrüfat adamı kimi heyvandarlığımla məşğul idim. Malim-mülküm çoxuydu deyə, bu Cavid Qurbanovun havayı yeyənlərinin gözünə xor göründü və mənim tifağım dağıdı.

Oğlum da, mən də kimdən borc götürüb, əksəriyyətini qaytarmışıq, qalanını da hissə-hissə qaytarıram.

Üstümü unlu görüb, adımı dəyirmançı qoymasınlar, mən oğlumun haqqını bərpa edənə qədər susmayacam. Məni susdurmaq istəyənlər Allahdan qorxsunlar, gec-tez etdikləri zülmün cəzasını çəkəcəklər”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru