Nazir artıq bir neçə aydır, işə ara-sıra gəlir... - İDDİA
Tarix: 14-07-2017, 11:44 |
Çap et
Vətəninfo.Az-a Vergilər Nazirliyindəki qaynaqlardan sızan məlumata görə, nazir Fazil Məmmədovun səhətində ciddi problemlər yaranıb. Məlumatda o da bildirlir ki, nazir artıq bir neçə aydır işə ara-sıra gəlir və qəbuluna yazılanları belə, qəbul etmədən tez bir vaxtda gedir. İddialara görə, gələnləri Fazil Məmmədovun əvəzinə nazirliyin birinci müavini qəbul edir. O da vurğulanır ki, Fazil Məmmədovun səhətində yaranan problemin əsas səbəbi nazirin pəhriz üçün istifadə etdiyi dərmanların onda sinir pozuntusuna yol açmasıdır. Nazirlə bağlı sözügedən məlumatları dəqiqləşdirmək üçün nazirliyin Media və Kommunikasiya Mərkəzi ilə əlaqə saxladıq.Telefonun dəstəyini bir xanım əməkdaş qaldırsa da, suallarımıza yalnız mərkəzin rəhbərinin cavab verə biləcəyini dedi. Biz də Media və Kommunikasiya Mərkəzinin rəhbəri ilə əlaqə saxladıq. Media və Kommunikasiya Mərkəzinin rəhbəri Mehdi Mirsəlimov müxbirimizə bildirib ki, məlumatın hər hansı bir əsası yoxdur və nazir Fazil Məmmədov iş başındadır. Onun səhətində hansısa problemlərin olduğu ilə bağlı iddialar əsassızdır.