Bakının ən varlı iş adamı 290 dəfə radara düşdü – Cəriməni ödəmir – AA 306
Tarix: 1-08-2017, 12:23 |
Çap et
Azərbaycanın ən məşhur iş adamlarından biri İsgəndər Xəlilov yol polisinə olan borcunu ödəmir. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, “İSR” Şirkətlər Qrupunun rəhbəri, milyonçu İsgəndər Xəlilova məxsus 90 AA 306 dövlət nömrə nişanlı "Mercedes S class" markalı avtomobil 290 dəfər radara düşüb və müxtəlif qayda pozuntularına görə elektron protokollar tərtib edilib. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq milyonçu iş adamı təxminən 10 min manata yaxın cəriməni ödəmir.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, İsgəndər Xəlilovun digər avtomobilin nömrəsi 10 AA 306-dır. Lakin belə bir nömrə hazırda DYP-nin Mərkəzi-Məlumat Sistemində mövcud deyil. Görünür, milyonçu iş adamı saxta nömrədən də istifadə edir.
Qeyd edək ki, iyulun 27-də Bakıda yol polisinin keçirdiyi reyd zamanı İsgəndər Xəlilova məxsus 90 AA 306 dövlət nömrə nişanlı avtomobil Aeroport yolunda hərəkətdə olarkən ödənilməyən cərimələrə görə DYP əməkdaşları tərəfindən "saxla" işarəsi verilib. Lakin iş adamı polisin qanuni tələbini yerinə yetirməyərək hərəkəti davam etdirib və maşını saxlamaq mümkün olmayıb.