3 rayonun icra başçısı yol üstündədir - Onlardan biri Yasamal RİH-ə göndərilə bilər
Tarix: 10-08-2017, 12:02 |
Çap et
DİA.AZ: - Daha 3 rayonun icra hakimiyyətinin başçısı dəyişdirilə bilər.
Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.
Xəbəri verən mənbə iddia edir ki, Gəncə şəhərinin, həmçinin Şamaxı və Qaradağ rayonlarının icra hakimiyyətlərinin başçıları dəyişdirilə bilər.
Mənbənin dia-az.life-a söylədikləri: "Onlardan yalnız biri karyerasına davam edəcək ki, həmin şəxsin Yasamal RİH-ə rəhbər göndəriləcəyi haqda məlumatlar dolaşır".