“İnstitutun direktoru məni iki dəfə qəbul etdi və dedi ki…” - QALMAQAL
Tarix: 11-10-2017, 11:55 | Çap et
Xəbər verdiyimiz kimi, bu gün (dünən-red.) AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclasında qalmaqal yaşanıb və Şuranın iclası pozulub… Belə ki, İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə 2012-ci ildə Fransada apardığı elmi araşdırma ilə bağlı yazdığı elmi əsərin Şuranın gündəliyinə salınmasına dair təklifi səsə qoyularkən İnstitutun Həmkarlar Təşkilatının saxta sədri Abuzər Ələkbərov qalmaqal yaradıb və Şuranın işi pozulub. Bəs əslində nə baş verir? Baş verənlərlə bağlı elə gənc alim Anar Ağalarzadə ilə söhbət etdik: -Anar bəy, bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclasında sizin 2012-ci ildə Fransada apardığınız elmi araşdırma ilə bağlı məsələnin Şuranın gündəliyinə salınması müzakirə olunarkən İnstitutun Həmkarlar Təşkilatının saxta sədri Abuzər Ələkbərovla aranızda qalmaqal yaşanıb. Bu münaqişənin kökü nədədir? -Məsələ Abuzər Ələkbərovun mənə qarşı əsassız iddialarının nəticəsidir. Söhbət ondan gedir ki, biz ikimiz də 2012-ci ilin dekabr ayında Fransanın Sen-Jermen Milli Arxeologiya muzeyindən dəvət almışdıq və hər ikimizə ayrı-ayrılıqda 1250 avro məbləğində qrant ayrılmışdı. Mən həmin qrantın sayəsində Fransaya getmişəm. Sen Jermen muzeydə Azərbaycanla bağlı qiymətli arxeoloji materiallar saxlanılır. Belə ki, Azərbaycanın Lənkəran-Lerik bölgəsində hələ XIX əsrin sonlarında fransız arxeoloqu Jak De Morqan və onun qardaşı Henri de Morqan arxeoloji qazıntılar aparıblar. Həmin işlərin nəticəsi olaraq son Tunc və İlk Dəmir dövrünə aid daş qutu qəbirlər və xeyli sayda qiymətli arxeoloji materiallar üzə çıxarılıb və Fransaya aparılıb. Bu tapıntılar hazırda Sen-Jermen muzeyində yüksək səviyyədə saxlanılır. Onu da deyim ki, hələ Sovetlər dövründə akademik İqrar Əliyev qeyd edirdi ki, Azərbaycanın cənub bölgəsindən vaxtilə XIX əsrin sonlarında Morqan qardaşlarının qazıb Fransaya apardığı arxeoloji materiallar xalqımızın qədim tarixinin əsas səhifələrindən biridir. Bunun davamı olaraq tarix elmləri doktoru Əsədulla Cəfərov isə 2001-2003-cü illərdə Fransada Beynəlxalq İNTAS proqramı çərçivəsində tədqiqatlar aparan zaman iki dəfə Sen Jermen Muzeyinə getmiş, burada saxlanılan Azərbaycanın maddi-mədəniyyət nümunələri ilə tanış olmuş və ilk dəfə olaraq qeyd etmişdir ki, muzeyin arxeoloji fondunda 2500-dən artıq tapıntılar saxlanılır. Alim bir neçə il bundan əvvəl təklif də etmişdi ki, bu tapıntıların orijinalları gətirilə bilməsə də onların mulyajları hazırlansın və Azərbaycan tədqiqatçıları elmi işlərində bunlardan faydalana bilsinlər. Onun sözlərinə görə, elmdə sərhəd yoxdur, hər kəs öz elmi fikrini bildirə və elmi ictimaiyyətin buna münasibətini öyrənə bilər. Mən də orada olanda muzeyin əməkdaşları ilə görüşüb ətraflı söhbət etmişəm. Onlar da yaxşı bilirlər ki, bu qiymətli eksponatlar Azərbaycan xalqının maddi mənəvi sərvətidir, tarixidir. Sadəcə həmin o illərdə özbaşınalıq idi və Morqan Azərbaycanda qazıntı aparıb bu eksponatları Fransaya daşımışdı. Muzey əməkdaşları özləri də həvəs göstərirlər ki, Azərbaycanlı alimlər Fransaya gəlsinlər və bu barədə yazsınlar, araşdırma aparsınlar, göstərsinlər ki, Fransanın bu tarix muzeyi Azərbaycanın maddi mədəni irsinə və tarixinə aid eksponatları necə qoruyub saxlayır və s. Mən muzeydən qayıdandan sonra bir neçə məqalə hazırlayıb ingilis dilində çap etdirdim və çaplarımı onlara göndərdim ki, görüm onların münasibəti necə olacaq. Mənə Fransadan sadəcə minnətdarlıq gəldi ki, təsəvvür etməzsiniz. Məsələ ondadır ki, bu tapıntılar orada ölü material kimi qalmaqdadır, tədqiq olunmalı və öyrənilməlidir. Ancaq mən bu materialların çox cüzi bir hissəsini diriltdim, ictimailəşdirdim… “Abuzər Ələkbərovun saxta layihəsini 1 saata ləğv etdirdik”-ETNOQRAFİYA İNSTİTUNDA QALMAQAL -Bəs sizin kimi oraya getmiş, eyni məbləğdə qrant almış Abuzər Ələkbərov necə, nəsə yazıb hesabat verdimi? -Yox… O, heç bir iş görmədi. Hətta Fransanın Mədəniyyət Nazirliyinin Abidələrin Mühafizəsi Departamenti 3 ay sonra elektron məktub yazıb tələb edirdi ki, yaxşı, biz sizə qrant ayırdıq, pul verdik, gəldiniz, nə iş gördünüz, niyə bizə hesabat yazıb təqdim etmirsiniz? Mən şəxsən öz qrantımın nəticəsi olaraq ingilis dilində hesabat yazıb Fransaya göndərdim və onlar məmnun oldular. Bildirdim ki, yəni mən bu tədqiqatları apardım, bu da elmi araşdırmam və izahım. Sonra həmin rəsmi qurum mənə yazdı ki, bəs sizinlə bərabər buraya gəlmiş, qrant almış Abuzər Ələkbərov niyə hesabatı göndərmir? Xahiş edirik ona məlumat verin! Bu adam ikicə səhifəlik bir hesabatı yazmadı. Mən nə deyə bilərəm?! Mən başladım Fransa səfərim barədə dövrü məcmuələrdə məqalələr yazmağa... Məgər cinayət etmişəm? Mən səndən icazə almalı idim, Abuzər Ələkbərov? Sənə də dəvətnamə gəlmişdi və mənə də. Özü də ayrı-ayrılıqda. Sən yaza bilmirsən, mən neyləyim?! Bəlkə bunu gözləyirdin! Xeyr! Mən elə saxtakarlıq edə bilmərəm. Mən tanınmış jurnallarda məqalələrimi çap etdirdim. Biri də bu yaxınlarda adını çəkməyəcəyim jurnalların birində çapa gedəcək və Sen-Jermen Milli Arxeologiya Muzeyinin 150 illik yubileyinə həsr olunacaqdır. Orada 2800-dən çox Azərbaycandan aparılmış arxeoloji materiallar vardır. Həmin materialların fotosunu o da çəkib, mən də çəkmişəm.
“Abuzər, sən son on ildə dövlətin külli miqdarda vəsaitini götürüb qazıntı adı ilə getmisən cənub bölgəsinə, lakin…” -Bu nə deməkdir? -Mən də sual verirəm, bu nə deməkdir, Abuzər Ələkbərov? Deyir ki, mənim icazəm olmadan cənub bölgəsinə kimsə gedə bilməz və getmək istəyən də mütləq icazə almalıdır. Demişəm ki, cənub bölgəsinin tunc dövrü abidələri mənim elmi işimdir və mən o doktorluğu mütləq müdafiə edəcəyəm və buna tam əminəm. Hətta özünə də demişəm ki, sən bu elmi problemdən uzaqsan. Arxeoloji abidələr Azərbaycan xalqının və dövlətinin milli sərvətidir. Elmdə polemika, mübahisə ola bilər, amma bu adam isə mənimlə açıq-aşkar düşmənçilik aparır. -Abuzər Ələkbərovun vəzifəsi nədir? -O, özünün dediyi kimi, guya Cənub-Şərqi Azərbaycanın arxeoloji tədqiqi ekspedisiyasının rəhbəridir. Əslində isə özü orta əsrlər dövrü arxeologiyasının araşdırılması ilə məşğul olmalıdır. Amma bu adam saxtakarcasına hər yerə müdaxilə edir. Əsl alim bir sahə ilə və peşəkarlıqla məşğul olmalıdır. O, hesab edir ki, cənub bölgəsi onun şəxsi torpaqlarıdır. Demişəm ki, son 10 ildə dövlətin yüz min manatlarla vəsaitini götürüb qazıntı adı ilə getmisən. Cəlilabad rayonunun tarixçi-ziyalıları deyirlər ki, Abuzər Ələkbərov gəlib camaatdan əllərində olan eksponatları toplayır və sonra qazıntı nümunəsi kimi sənədləşdirir. Təsəvvür edirsinizmi?! İnstitutda da bu tapıntıları ekspedisiyanın işi kimi təqdim edir. Əgər ədalətli araşdırılma aparılsa onun cənub bölgəsində heç bir abidədə qazıntı aparmadığı bəlli olacaq. Heç olmasa bu cinayətinə görə sus, başını aşağı sal!… -Bu günkü Elmi Şurada nə qalmaqal idi sizinlə bağlı? -Mənim elmi işimin adı “Azərbaycanın arxeoloji materialları Fransanın Sen-Jermen muzeyində” adlanır. Balaca bir kitabçadır. Mən onu Elmi Şuranın rəyi ilə çap etdirmək üçün təqdim etmişdim. Müstəqil tədqiqatdır, orada mən Sen Jermendə olan arxeoloji materialların çox cüzi bir hissəsini çap edirəm. Əsas məqsədim bölgənin həmin dövr abidələrinin öyrənilmə tarixi, xronologiya məsələləri və elmi təhlillərdir. Sen Jermen Muzeyində olan materialların hamısını çap eləmək çox çətin işdir və bu ayrıca olaraq kataloq kimi gələcəkdə dövlət səviyyəsində hazırlanmalı işdir. Siz təsəvvür edirsiniz ki, burada söhbət 2500-dən artıq tapıntılardan gedir. Özünə də demişdim ki, Abuzər Ələkbərov sən də yaz, bəlkə sən daha yaxşı yazacaqsan, təhlil apara biləcəksən! Hətta yalan da deyir ki, guya o, Fransaya getmiş ekspedisiyanın rəhbəri olub. Bu ağ yalandır, orada heç bir rəhbərdən söhbət getmirdi və mənim özümə şəxsən dəvətnamə göndərilmişdi… Onun mənimlə bütün münaqişəsi bununla bağlıdır. İstəyir ki, hamı onunla hesablaşsın. Bəs direktor kimdir? Biz onun əmrinə uyğun iş görürük… Əslində, bu məsələnin kökü lap dərindir. O, keçən il Elmin İnkişafı Fonduna bu məsələ ilə bağlı təxminən 187000 manatlıq layihə vermişdi. Mənim daha əvvəllər 2013-cü ildə verdiyim layihənin eyni adlısı… Mən o zaman Fondun rəhbərliyinə, şəxsən Elçin Babayevə elektron məktub göndərib yazdım ki, axı mən bir müddət əvvəl eyni adlı layihə vermişdim və 4000 manat büdcəsi var idi. Lakin nə səbəbdənsə keçmədi. Olsun! Amma qaydalara görə geri qaytarılmış layihənin eyni adla təkrar verilməsi qəti qadağandır və bu Fondun Əsasnaməsinə ziddir. Dedim ki, Abuzər Ələkbərovun bu layihəsi saxtadır, əgər təcili olaraq Fondun müzakirəsindən çıxarılmasa, mən bu məsələni ölkədə ictimailəşdirəcəyəm… -Nəticəsi necə oldu? -Bir saat keçməmiş, Elmin İnkişafı Fondunun həmin dövr üçün müsabiqəsində onun layihəsi ləğv edildi. Özü də mən eyni layihəni 4000 manat büdcə ilə vermişdim, o isə 187000. Təsəvvür edirsinizmi? Bu layihənin keçirilməsi dövlətə, elmə və elmi ictimaiyyətə xəyanət idi! -Sonuncu sual: bəs İnstitutun direktoru Maisə Rəhimova niyə Abuzər Ələkbərovla bağlı məsələni yoluna qoymur? - Bunun səbəblərini çoxsaylı elmi heyət olaraq biz də bilmirik. Niyə görə Maisə xanım vaxtilə bu dövlətə, millətə və xalqa xəyanət etmiş və hazırda haqlı cəzasını çəkən Əli İnsanovun yaxın adamının İnstitutda "söz sahibi" olması iddialarına son qoymur?! Hesab edirik ki, əgər Abuzər Ələkbərovun İnstitutdakı özbaşınalıqlarına AMEA rəhbərliyi səviyyəsində son qoyulmasa betər qalmaqallar hələ çox olacaq… -Suallara ətraflı cavab verdiyiniz üçün təşəkkür edirik. \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|