"Bank of Baku" gənc yazıçının maaşına şərik çıxdı - özünün xəbəri olmadan olmadan məhkəmə keçirilib
Tarix: 23-11-2017, 11:39 |
Çap et
Bank of Baku gənc yazıçı Kəramət Böyükçölü məhkəməyə verib.
BakuPost.az xəbər verir ki, bu barədə yazıçı özü məlumat bildirib. Onun sözlərinə görə, özünün xəbəri olmadan olmadan məhkəmə keçirilib və haqqında qərar çıxarılıb: "Bank of Baku məni məhkəməyə verib. 380 dollar borcum devalvasiyalar və faizlər nəticəsində 1500 manat olub. Mən məhkəmədə olmamışam. Mənsiz qərar çıxarıblar. Hər ay rəsmi maaşımın 50 faizi tutulacaq”.