Qarabağ münaqişəsində yeni mərhələ - Erkən seçki sülh gətirəcək?
Tarix: 8-02-2018, 12:00 | Çap et
Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Oktyabr ayında keçirilməsi planlaşdırılan seçkilərin gözlənilmədən vaxtının dəyişdirilməsinin səbəbi də artıq məlumdur. Hakim Yeni Azərbaycan Partiyasından (YAP) mətbuata bildirilib ki, ölkədə növbədənkənar prezident seçkilərinin təyin edilməsi Azərbaycanda cari ildə bir sıra mühüm dövlət tədbirlərinin eyni vaxtda keçirilməsi ilə əlaqədardır. Qeyd edək ki, bu il Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin, Azərbaycan Xalq Cühmuriyyətinin yaranmasının və Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyi ilə əlaqədar dövlət səviyyəsində tədbirlər keçiriləcək.
Qarabağ münaqişəsində yeni mərhələ
Artıq hakimiyyətin gözlənilməz vaxt dəyişikliyi ilə bağlı iddialar da səsləndirlir. Bir sıra mənbələr bunun Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi üzrə gedən danışıqlarla bağlı olduğunu bildirirlər. Mətbuata sızdırılan məlumatlara görə, seçkiləri aprel ayında keçirmək qərarı verən rəsmi Bakı irəli sürülmüş yeni plan üzərində danışıqlar prosesini sürətləndirməyi planlaşdırır. Həmin plan barədə dəqiq məlumat olmasa da, xarici işlər naziri Elmar Məmmədyarov bir müddət əvvəl Qarabağ problemi ilə bağlı kreativ təklifin olduğunu və yaxın bir ay ərzində (yanvar ayı nəzərdə tutulurdu-müəllif) dəyişkliyin ola biləcəyini açıqlamışdı.
“Qarabağ üzrə güzəştlərlə bağlıdır”
Deputat Rasim Musabəyov da Rusiyada fəaliyyət göstərən “Kafkazskiy uzel” saytına açıqlamasında bildirib ki, prezident seçkilərinin vaxtının dəyişdirilməsi Qarabağ üzrə güzəştlərlə bağlıdır. Deputat hesab edir ki, səbəb həm də Ermənistanda 2018-ci il aprelin sonunda dövlət başçısının artıq prezident deyil, parlament çoxluğunun təyin etdiyi baş nazirin olması nəticəsində ali hakimiyyətin formatının dəyişməsi də ola bilər: “Yəni, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin Azərbaycanda oktyabrda prezident seçkilərinin gözlənməsi bəhanəsi ilə uzanmaması üçün onların vaxtını da aprelə dəyişmək qərarına gəliblər. Ola bilər ki, çətin, sıçrayış xarakterli güzəştlər gözlənilir və onları prezident seçkilərindən sonra həyata keçirmək daha yaxşıdır. Əgər Qarabağ probleminin həlli ilə bağlı vacib qərarların qəbul edilməsi ilin sonuna təxirə salınsa, danışıqların tempi aşağı düşə və sülh tənzimlənməsi prosesi yenidən nəticəsiz qala bilər”.
“Maydan sonra prosesin gedişində dönüş yarana bilər”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında seçkilərin vaxtının dəyişdirilməsinin danışıqlar prosesini sürətləndirəcəyini deyib. Politoloq bundan sonra Qarabağ danışıqları üzrə yeni dönəmin başlayacağını da istisna etməyib: “Azərbaycanla yanaşı, mart ayında həm Ermənistanda, həm də Rusiyada prezident seçkiləri keçiriləcək. Əlbəttə, aprel ayında Azərbaycanda da seçkilərin keçirilməsi, 2018-ci ilin növbəti mərhələsi üçün danışıqlar prosesin intensivləşməsinə şərait yaradacaq. Faktiki olaraq, münaqişə tərəflərinin heç birində qeyri-müəyyənlik olmayacaq. Siyasi hakimiyyətlər danışıqların davam etdirilməsində və ya hansısa qərarların qəbul edilməsi istiqamətində müvafiq addımlar ata biləcəklər. Seçkilərdən əvvəl heç bir siyasi hakimiyyət bir sıra məsələlərlə bağlı qərar verə bilmir. Ciddi qərarlar müəyyən prosesdən sonra - dinamik proseslərin mövcud olmadığı şəraitlərdə verilir. Əlbəttə, bu baxımdan, danışıqlar üzrə prosesin intensivləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasına ehtiyac var idi. Hesab edirəm ki, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsi üzrə gedən danışıqlar intensivləşəcək”.
Elçin Mirzəbəyli hər 3 ölkədə keçiriləcək seçkilərdən sonra status-kvonun müəyyən edilməsi üzrə ciddi irliləyişlərin olacağını da istisna etmir: “Mən 3 ölkənin adını təsadüfən çəkmədim. Məlumdur ki, danışıqlar prosesinin 3 əsas iştirakçısı var: əraziləri işğal edilmiş Azərbaycan, işğal prosesində icraçı rolunu oynayan Ermənistan, de-fakto işğal prosesini dəstəkləyən və işğal prosesini qoruyub-saxlayan Rusiya. Hesab edirəm ki, status-kvonun müəyyən edilməsi prosesi bu ölkələrdə mühüm siyasi proseslərin müəyyən mərhələsinin başa çatmasından sonra yeni mərhələyə keçə bilər. Hər 3 ölkədə seçkilərin başa çatmasından sonra bunun əyani şahidi olacağıq. Bu baxımdan, ATƏT sədrinin Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanmasında yeganə format olmadığını bildirməsi təsadüfi deyil. ATƏT sədri tərəfindən bu faktın dilə gətirilməsi önəmli faktordur. Çox güman ki, bunu açıq formada may və iyun aylarından sonra görəcəyik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|