Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişdiriləcək - Seçkilərdən sonra nələr baş verəcək?
Tarix: 21-02-2018, 10:55 |
Çap et
DİA.AZ: - Prezident seçkilərindən az sonra dəyişikliyə məruz qalacaq qurumlardan biri, bəlkə də birincisi Dövlət Gömrük Komitəsi olacaq. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynağın iddiasına görə, bir müddət əvvəl ümumiyyətlə, ləğv olunaraq Vergilər Nazirliyinin bir departamentinə çevriləcəyi deyilən DGK-nın müstəqil qurum kimi fəaliyyəti məsələsi qətiləşib:
"Artıq bu məsələ bitib. Amma DGK-nın rəhbərliyi mütləq dəyişəcək və ilk olaraq Aydın Əliyevdən başlayacaq bu islahat, ahzırki DGK sədrinin müavinlərinin hamısının yeniləri ilə əvəzlənməsilə müşaiyət olunacaq".
Mənbə iddia edir ki, paralel olaraq DGK-nin iş sisteminə də əl gəzdiriləcək: "Təxminən Vergilər Nazirliyində cərəyan edən proseslərin DGK-də həyata keçiriləcəyi heç şübhəsizdir".