Cabbarov nazirlikdə ixtisarlara başladı - Seçkidən sonra onlar da işdən çıxarılacaq
Tarix: 3-04-2018, 13:27 |
Çap et
Mikayıl Cabbarov Vergilər Nazirliyində ixtisarlara başlayıb.
dia-az.life xəbər verir ki, bu barədə Mia.az saytı məlumat yayıb. Saytın yazdığına görə, ixtisara düşənlər Vergilər Nazirliyinin nəzdində büdcədənkənar fond hesablı müfəttişlər olub.
Verilən məlumata görə, 20-ə yaxın vergi müfəttişi işdən kənarlaşdırılıb. O da bildirilir ki, büdcədənkənar fond hesablı müfəttişlər sırasından növbəti ixtisar gözlənilir. Artıq növbəti ixtisar üçün bir qurup müfəttişin ərizəsi alınıb. Onların seçkidən sonra ixtisara salınacağı bildirilir.