“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                 

Oqtay Şirəliyevin açdığı bazar... - VİDEOFAKT
Tarix: 27-04-2018, 09:23 | Çap et
Oqtay Şirəliyevin açdığı bazar...
Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda təkcə rentgendən keçən vətəndaşlardan ay ərzində 50 min manat yığılır



Bu video bazarda çəkilməyib. Bura M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutudur(xalq arasında bu tibb müəssisəsinə “Eksperimentalnı” deyilir).

Dəfələrlə mətbuatda dövlət xəstəxanalarındakı rüşvətdən yazılsa da, bunun müsbət nəticəsi olmayıb, əksinə ildən-ilə vəziyyət daha da pisləşir. Nazir (?) Oqtay Şirəliyev isə səhiyyədə rüşvət barədə yazılanları “gülməli” adlandırıb. Amma rüşvət giriş qapısından başlayan, açıq bazar şəraitində işləyən əksər paytaxt xəstəxanalarının ön cərgəsində yer alan bu xəstəxanada vəziyyət gülməlidən çox, ağlamalıdır.

Apardığımız araşdırmalara əsasən, əslində bütün müayinə və müalicənin tamamilə ödənişsiz olduğu bu dövlət xəstəxanasındakı müayinə xidmətlərinin qiymətlərini oxucularımıza təqdim edirik.

Rentgen müayinəsinin qiyməti 10 -50 AZN, USM müayinəsi 20-45 AZN, qan analizi 10-50 AZN, əməliyyatlar 600-2000 AZN civarındadır. Teropevtin, cərrahın və digər həkimlərin qəbulu isə pasientlərə 50 AZN-ə başa gəlir.

Ən qəribəsi odur ki, xəstəxanaya həkim müayinəsinə gələn pasientlər, eləcə də xəstələrinə baş çəkmək istəyən ziyarətçilər içəri buraxılmırlar. O üzdən xəstəxana qarşısında böyük növbələr yaranır, səs-küydən ağız deyəni qulaq eşitmir. Bu isə heç kəsi narahat etmir. Vətəndaşlara yüksək səviyyəli xidmət təşkil etmək, onları nizam-intizama riayətə dəvət etmək əvəzinə, süni şəkildə qarışıqlıq yaradırlar. Nəzərə almırlar ki, xəstəxanaya gələn vətəndaşların əksəriyyəti sağlamlığı ilə bağlı problem yaşayan insanlardır, onlara uzun müddət ayaq üstə qalmaq, əsəbləşmək olmaz.

Böyük çək-çevirdən sonra nəhayət xəstəxanaya daxil olan insanlar burda da xoşagəlməz hallarla, böyük növbələrlə qarşılaşır. Ən böyük növbə isə yaxşı mütəxəssis kimi tanınan qocaman rentgenoloq həkim, professor Soltan Manafovun kabineti qarşısında olur.

Adıçəkilən rentgenoloq haqda daha müfəssəl məlumat almaq məqsədi ilə M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutuna zəng vurduq. Dəstəyi bir xanım qaldırdı. Əməkdaşımız rayondan gələn qohumunun həmin məşhur rentgen mütəxəssisinin qəbuluna yazılmaq istədiyini dedi. Dəstəyin o biri tərəfindəki xanım çox həvəslə rentgenoloqun qəbuluna yazılmaq üçün pasientin səhər tezdən xəstəxanaya gəlməli və elə oradaca qəbula yazılmalı olduğunu dedi.

“Səhər tezdən gəlsin ki, növbənin ön sıralarında yer ala bilsin”, - deyə əlavə etdi.

Söhbəti genişləndirmək üçün rentgenoloqun adını və soyadını dəqiqləşdirmək istəyəndə isə, nədənsə, xanımın səsi dəyişdi. “Gələr, burada hər şeyi dəqiqləşdirər”,- dedi.

Əməkdaşımızın bütün cəhdləri boşa çıxdı, xanım əsl çekistlər kimi “sirr” vermədi ki, vermədi. Bu səbəbdən digər əməkdaşımızı işə qoşmalı olduq.

O, daha fərasətli çıxıb həkimin adını və soyadını öyrənə bildi, amma xidmətinə görə nə qədər haqq aldığını öyrənməyi bacarmadı.

“Telefonla qəbula yazmırıq, gəlib özünüz yazılmalısınız, həkim xidmətinin qiyməti də burada deyiləcək sizə”, - zənglərə cavb verən xanımın konkret cavabı belə oldu. Bir sözlə, əsl triller təsiri bağışladı bizim bu kiçik araşdırmamız.

Biz də üz tutduq həmin xəstəxanada rentgen müayinəsindən keçən soydaşlarımıza. Onların söhbətlərindən belə məlum oldu ki, bu həkimin qəbuluna düşmək üçün əvvəlcədən növbəyə yazılan insanlar çox zaman ahıl yaşa çatan professorun qeyri-adekvat davranışı sayəsində həmin gün ümumiyyətlə müayinə olunmadan evlərinə qayıtmalı olurlar.

Soltan Manafovun qəbulunda olan insanlar danışır ki, bu ahıl professor əsl kef əhlidir. İstədiyi vaxt xəstəni qəbul edir, istədiyi vaxt isə vəzifəsini icra etməkdən imtina edir. Çünki yaşı ilə əlaqədar tez-tez əhvalı dəyişir, o da pasientlərlə öz əhvalına uyğun davranır.

Rentgen otağına növbədən kənar keçirilən insanlar az olmur. Bu isə şübhəsiz ki, saatlarla öz sırasını gözləyən xəstələrin haqlı etirazına səbəb olur. Bununla bağlı irad bildirən xəstəni yaşlı professor çox sərt formada kabinetindən çıxarır, qapısını açarla kilidləyib uzun müddət otaqdan çıxmır, heç kəsi də qəbul etmir. Amma nədənsə həkimin bu qəbuledilməz davranışı ilə bağlı xəstəxana müdriyyəti tərəfindən heç bir ölçü götürülmür. Üstəlik, çoxdan təqaüd yaşını aşan həkim hələ də xəstəxanada işləyir.

Əslində müdriyyətin bu məqsədli etinasızlığı səbəbsiz deyil. Dövlət hesabına olan rentgen müayinəsi üçün vətəndaşlardan alınan 10-50 AZN civarında ödənişdən hər halda baş həkim xəbərsiz deyil və təbii ki, bu məbləğin böyük bir hissəsi məhz ona çatır. Nəzərə alsaq ki, gün ərzində ən azı 50-70 adam rentgen müayinəsindən keçir, əgər hər biri orta hesabla 25-30 manat haqq ödəyirsə, bir günə minimum 1500 manat edir. Həmin məbləği 30 günə vuranda orta hesabla aya 50 min manata yaxın pul çıxır. Digər müayinə kabinetlərindən, əməliyyatlardan, həkim qəbullarından toplanan pulu da bu məbləğin üstünə gələndə ağlasığmaz rəqəm alınır. Özü də bu qanunsuz gəlirin böyük hissəsi şübhəsiz ki, xəstəxananın baş həkiminin cibinə gedir.

Xəstəxanada hökm sürən bu özbaşınalıq, hərcmərclik və rüşvətxorluq sayəsində bütün gününü bu səhiyyə müəssisəsində itirən, acından, halsızlıqdan ayaq üstə güclə duran xəstə vətəndaşlar milli səhiyyəmizə güvənini itirir, imkanı çatanlar müalicə olunmaq üçün xarici dövlətlərə üz tutur, imkansızlar isə əlacsızlıqdan bütün bu özbaşınalığa dözməli olur.

Heç kəs üçün sirr deyil ki, bütün bu deyilənlər təkcə adıçəkilən xəstəxanada baş vermir. Paytaxtımızın, eləcə də ölkəmizin əksər dövlət xəstəxanalarında buna bənzər vəziyyətlə qarşılaşmaq olar.

Görəsən, vətəndaşların hər gün qarşılaşdığı, haqqında yazdığımız bu nöqsanları Səhiyyə Naziliyi və şəxsən Oqtay Şirəliyev görmür? Azərbaycan səhiyyəsini nüfuzdan salan, vətəndaşlarımızı məyus edən bu acınacaqlı vəziyyət çoxmu davam edəcək? Axı iqtisadi cəhətdən bizdən qat-qat zəif olan qonşumuz Gürcüstanda rüşvətxorluq, korrupsiya çoxdan keçmişdə qalıb. Paytaxt Tbilisidə, eləcə də Gürcüstanın digər bölgələrində fəaliyyət göstərən dövlət xəstəxanalarında xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərlir, özü də tamamilə təmənnasız, hətta öz istəyi ilə həkimə “hörmət” etmək istəyən vətəndaşdan belə pul alınmır. Bəs bizdə nədən vəziyyət yaxşılığa doğru dəyişmir? Bunun səbəbini kimdə, nədə axtaraq? Suallarımızı Səhiyyə Nazirliyinə və şəxsən hörmətli Oqtay Şirəliyevə ünvanlıyırıq.
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru