Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                 

Naxçıvan səhiyyəsinin AĞRISI... - GİLEY
Tarix: 18-05-2018, 09:24 | Çap et
Naxçıvan səhiyyəsinin AĞRISI...
Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, hazırda Naxçıvan Muxtar Respublikasında digər bir çox sahələr kimi səhiyyə sistemi də özünün acınacaqlı günlərini yaşayır. Məhz elə bu səbəbdəndir ki, Valid Kazımov kimi qeyri-peşəkar, təcrübəsiz, işinə laqeyd yanaşan cərrahlar hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında "at oynadır"lar. Nəzərinizə çatdıraq ki, əlimizdə adıçəkilən cərrahın məsuliyyətsizliyini, həkim peşəsinə qara ləkə gətirəcək əməllərə yol verdiyini, o cümlədən Hippokrat andına sadiq olmadığını sübuta yetirən kifayət qədər faktlar mövcuddur.

Belə ki, bu yaxınlarda Naxçıvan sakinlərindən biri qolundakı şüşə kəsiyi ilə bağlı Naxçıvan Muxtar Respublika Xəstəxanasına üz tutub. Orada isə cərrah Valid Kazımovun qəbulunda olub və sonda həmin vətəndaşın qolundakı vətərlər, sinirlər tikilmədən, eyni zamanda qolundakı şüşələr təmizlənilmədən, yalnız üzdən, həm də olduqca səliqəsiz şəkildə tikiş atmaqla evinə buraxıblar. Cərrahiyyə əməliyyatından bir neçə gün keçdikdən sonra xəstə barmaqlarının işləmədiyi, yavaş-yavaş qaralmağa başladığını müşahidə edib. Elə buna görə də vəziyyətin nə yerdə olduğunu öyrənmək məqsədiylə yenidən cərrah Valid Kazımovun qəbulunda olur. Adıçəkilən qeyri-peşəkar cərrah isə narahatlığa lüzum olmadığını deyərək, pasiyentini arxayınlaşdırıb evinə yola salıb. Lakin gün keçdikcə xəstənin vəziyyəti daha da ağırlaşır, qolu az qala tam yararsız vəziyyətə düşüb. Bu səbəbdən də xəstənin yaxınları onu müayinə olunmaq üçün paytaxta gətirirlər.

Bakıdakı xəstəxanaların birində müayinə zamanı bəlli olub ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahı Valid Kazımov əməliyyat zamanı nə xəstənin qolundakı şüşələri təmizləyib, nə də vətərləri, sinirləri tikib. Yəni sadəcə yaranın ağzını sıxıb bağladıqdan sonra xəstəni evə yola salıb. Bir sözlə, Naxçıvan Muxtar Respublika Xəstəxanasında xəstədən külli miqdarda pul alınmasına rəğmən, onu taleyin ümidinə buraxıblar.

Qeyd edək ki, həmin vaxtdan etibarən, yəni əməllərinin üstü açıldıqdan sonra cərrah Valid Kazımov sanki qeybə çəkilib və xəstənin yaxınlarının qarşısına çıxmağa səcarət etməyib. Halbuki o, etdiyi qeyri-peşəkar cərrahiyyə əməliyyatı ilə bir insanı qolundan edə, onu ömürlük şikəst qoya bilərdi. Buna görə də sözügedən xəstə və onun yaxınları cərrah Valid Kazımov barəsində müvafiq ölçü götürülməsi məqsədiylə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə müraciət edib. Muxtar Respublikanın səhiyyə naziri Niyazi Novruzovun imzası ilə 4 may 2018-ci il tarixdə vətəndaşa ünvanlanmış cavab məktubunda isə deyilir ki, guya tikişdən əvvəl və sonra xəstənin barmaqları işlək vəziyyətdə olub: "Həkim Valid Kazımovun izahatına görə, tikişdən əvvəl və sonra xəstənin əlində barmaqlar işlək vəziyyətdə olub. Təkrar xəstəxanaya müraciət zamanı həkim Valid Kazımovun sizə qarşı etdiyi kobudluğa görə cəza tədbirinin görülməsi məqsədiylə xəstəxananın rəhbərliyinə tapşırıq verilmişdir".

Gördüyünüz kimi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi yol verilən həkim məsuliyyətsizliyinə məhz bu cür qeyri-ciddi reaksiya sərgiləyib. Belə ki, Muxtar Respublikanın səhiyyə naziri Niyazi Novruzov cərrah Valid Kazımovun qeyri-peşəkar cərrahiyyə əməliyyatından şikayətçi olan vətəndaşın dediklərini, təqdim olunan faktları bir kənara qoyaraq, nəyinsə naminə, kim bilir, bəlkə də kim(lər)insə göstərişinə əsasən adıçəkilən həkimi “aydan arı, sudan duru” kimi qələmə verməyə çalışıb. Halbuki ortada konkret həkim məsuliyyətsizliyi var və məhz cərrah Valid Kazımovun düzgün əməliyyat etməməsi nəticəsində Naxçıvan sakini qolundan ola bilərdi.

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, əməliyyat zamanı xəstənin qolundakı vətərlərin, sinirlərin tikilmədən, şüşələr təmizlənilmədən, üzdən səliqəsiz şəkildə tikiş atıldığını sübuta yetirən video görüntü də mövcuddur. Və həmin görüntü "Hürriyyət" qəzetinin saytında da yerləşdirilib. Ancaq buna baxmayaraq, Naxçıvan Muxtar Respublikanın səhiyyə naziri həm nazirliyə təqdim olunan, həm də qəzetimiz vasitəsiylə ictimailəşdirilən faktlara əhəmiyyət vermədən cərrah Valid Kazımovun guya düzgün əməliyyat apardığını bildirib. Və onun yalnız vətəndaşa qarşı etdiyi kobudluğa görə cəzalandırılacağını vurğulayıb.

Fikir verin, cərrah Valid Kazımovun etdiyi kobudluğa görə cəzalandırılacağı qeyd olunsa da, həkim-cərrah kimi məsuliyyətsizliyinə, qeyri-peşəkarcasına etdiyi əməliyyata görə, ona "gözün üstə qaşın var" deyən yoxdur. Görəsən, bu, hansı məntiqə, hansı qanuna sığır?..

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Hurriyyet.org

Naxçıvan səhiyyəsinin AĞRISI...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru