İcra başçısı məmnundur, xudatlılar yox... - Müavini isə çapıb-talayır...
Tarix: 4-07-2018, 11:38 |
Çap et
Xaçmaz rayonu, Xudat şəhər mərkəzi küçəsi kanalizasiya sularına qərq olub.
Yenicag.az xəbər verir ki, Xudat şəhəri Heydər Əliyev küçəsində 2 gündür ki, kanalizasiya borusu partlayıb. Nəticədə mərkəzi küçə ilə kanalizasiya suyu axır. Xudat sakinlərinin sözlərinə görə, üfunət iyindən küçəyə çıxmaq mümkün deyil.
Əldə etdiyimiz məlumata görə, kanalizasiya boruları olmadığı üçün çirkab sular yerin altına gedir. Daha sonra bu sular üzə çıxmağa başlayır.
Araşdırmalar nəticəsində məlum olub ki, Kənd Təsərrüfatının regional idarəsinin müdiri, əvvəl icranın müavini olmuş Azər Haqverdiyev və Xaçmaz rayonunun icra başçısının hazırki müavini Bəxtiyar Osmanov boruları satıb.
Qeyd edək ki, Bəxtiyar Osmanov Xaçmaz rayonunun icra nümayəndəsi işləyib. O, əvvəllər kiçik bizneslə – geyim satmaqla məşğul olub, hazırda isə Xaçmazda böyük biznesə malikdir.
Əldə etdiyimiz daha bir məlumata görə, Bəxtiyar Osmanov Xaçmazda hektarlarla yeri müxtəlif adamların adına, ucuz qiymətdən alıb, indi hissə-hissə həmin torpaqları satmaqla məşğuldur.
VİDEO BURADA