Hacı Mazan döydürdüyü vətəndaşın qarajını əlindən aldı - "...mən onu bağışlamayacam"
Tarix: 6-08-2018, 11:10 |
Çap et
"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov döydürdüyü Faiq Seyfullayevin bu dəfə qarajını əlindən alıb.
Unikal.org-a açıqlama verən Faiq Seyfullayev bildirib ki, iş adamı məlum hadisədən sonra müxtəlif yollarla ona təzyiqlərini davam etdirir:
"Mənim "İnam Bayram” MTK-nın inşa etdiyi 2 binada mənzilim var.İkinci mənzilim Mazanın sahibi olduğu MTK-nın Yasamalda inşa etdirdiyi binadadır.Ramazan Zeynalov mənim Binəqədi Rayonunda olan evimə hücum edib döydürəndən sonra, bu dəfə də Yeni Yasamlda olan mənzilimə gedərkən binanın ərazisində avtomobilimi saxladığım qaraj yerimi əlimdən aldı.
Baxmayaraq ki, mən həmin qaraj yerinə görə hər ay 60 manat pul ödəyirdim.Əlimdə ödəniz qəbzlərim var.Hələ bu azmış kimi avtomobilimi binanın həyətində saxladığım üçün mənimlə bağlı polisə şikayət edib ki, guya mən nəzarətçini hədələmişəm.
Yaxşı ki, mən həmin anı videoya çəkmişəm ki, biananın mühafizəçilərindən icazə almışam.Hacı Mazan mənə necə təzyiq etsə də mən onu bağışlamayacam.Onun binasında olan mənzillərimi də satan deyiləm."