Kəmaləddin Heydərovun səhhətində problem yarandı - Paradda da iştirak etmədi
Tarix: 17-09-2018, 12:33 |
Çap et
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun səhhətində problem yaranıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərov yüksək şəkərdən əziyyət çəkir.
Həmçinin nazirin qaraciyərində də ciddi problemlər var. Onun ölkə xaricində müalicə olunduğu bildirilir. Buna görə, Kəmaləddin Heydərov Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradda iştirak etməyib.
Bundan əlavə, nazir 14 sentyabr 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimində də görünməyib. Mərasimdə nazirin əvəzinə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, genral-leytenant Etibar Mirzəyev iştirak edib.