COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                     Paytaxtda dilimizə sayğısızlıq .....                     Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                 

“Zaur Axundov elə adamların adını çəkirdi ki…” - Sabiq holdinq rəhbərindən Prezidentə şikayət
Tarix: 5-10-2018, 11:58 | Çap et
“Zaur Axundov elə adamların adını çəkirdi ki…”
Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülsə də AZAL şefi pulları geri qaytarmır. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…

“Yazıb Sizə bildirmək istəyirəm ki, “Silk Way Holding” MMC-nin rəhbərliyi, bu yaxınlara qədər şirkətin prezidenti işləmiş Zaur Axundov tərəfindən 8 ildir ki, haqsızlığa, qanunsuzluğa məruz qalmışıq. Zaur Axundov bizim firma ilə “Silk Way Holding” MMC-nin strukturuna daxil olan şirkət arasında bağlanmış müqaviləni heç bir səbəb olmadan, əvvəlcədən xəbərdarlıq etmədən, tamamilə qanunsuz olaraq pozmuş, bununla da ailəmizə ağır maddi və mənəvi ziyan vurmuşdur”. Bu fikirlər “Məhəmmədəli” firmasının direktoru Ağamalı Baxşəliyevin həyat yoldaşı Zəminə Baxşəliyeva tərəfindən “Azpolitika.info”ya ünvanlanmış şikayət məktubundan götürülüb.

İndiyədək müəyyən səbəblərdən şikayətlərini ictimailəşdirməyən Baxşəliyevlər ailəsi bu yaxınlarda “Azpolitika.info”da Zaur Axundovun “Silk Way Holding” MMC-nin rəhbərliyindən uzaqlaşdırılması, fəaliyyətinin araşdırılması haqqında məlumatı oxuduqdan sonra saytımıza üz tutmaq qərarına gəliblər. Bununla Zaur Axundovun “qanunsuz əməlləri” barədə ölkə rəhbərliyini məlumatlandırmaq, hüquqlarının bərpa olunmasına nail olmaq istəyirlər.

Zəminə Baxşəliyevanın sözlərinə görə, əvvəllər Ukraynada yaşayıblar. Həyat yoldaşı Ağamalı Baxşəliyev orada mühəndis işləyib. Vaxtilə mərhum Prezident Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlı mütəxəssisləri ölkəyə dəvət etməsindən sonra 1997-ci ildə Azərbaycana gəliblər: “Azərbaycana qayıtdıqdan sonra burda sahibkarlıqla məşğul olmaq üçün şirkət qurdu. Həyat yoldaşımın qurduğu “Məhəmmədəli” firması 14.01.1998-ci il tarixində Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində 521 saylı şəhadətnamə ilə qeydiyyata alındı. Həmin vaxta qədər Bakıdakı aeroportda ölkədən çıxarılan bağlamalar, əşyalar kağızla üzlənilirdi. Həyat yoldaşım bu işin Avropa standartlarına uyğun şəkildə qurulmasını təmin etməyi qərara aldı. Bu məqsədlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovla görüşərək öz ideyasını ona bildirdi. Onun razılığını aldıqdan sonra bu işi həyata keçirmək üçün hər birinin dəyəri 85 min dollar olan avadanlıqları alaraq, Bakıya gətirdi. Əlavə olaraq da hər birinin daşınıb, quraşdırılmasına 10 min dollar xərclədi.

Həyat yoldaşımın yaratdığı firma ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL” QSC) arasında bağlanmış müqavilə əsasında Heydər Əliyev Beynəlxaq Aeroportunda fəaliyyət göstərməyə başladıq. 10 ildən artıq heç bir problemsiz fəaliyyət göstərdik. Sonra isə yeni bir qurum – “Silk Way Holding” MMC yaradıldı.

“AZAL” QSC-yə aid bir çox xidmətlər kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda bağlamaların, əşyaların üzlənməsi, bükülməsi xidməti də “Silk Way Holding” MMC-yə verildi. Holdinq ilə bizim firma arasında 10.02.2008-ci il tarixdə müqavilə bağlandı. Aerovağzal Kompleksinin “Cənub” terminalının ikinci mərtəbəsində 2 kv.m. və “Şimal” terminalının ikinci mərtəbəsində 2 kv.m. və Yerli Hava Xəttləri Terminalında 2 kv.m. yüklərin və əl çantalarının üzlənməsi üşün bükücü aparatlara yer ayırdılar. Firmamız da özünə məxsus olan avadanlıqlarla bu işi Avropa standartlarına uyğun şəkildə təşkil etdi.
Fəaliyyət göstərdiyimiz dövr ərzində həm AZAL, həm “Silk Way Holding” MMC, həm də büdcə qarşısında öhdəliklərimizi tam şəkildə yerinə yetirmişik, heç bir zaman qeyri-qanuni fəaliyyətə yol verməmişik. Ancaq buna baxmayaraq heç bir il keçməmiş, yəni müqavilənin müddəti bitməmiş “Silk Way Holding” MMC bizimlə əməkdaşlığa xitam verdi. Bunun səbəbini öyrəndikdə, Zaur Axundovun belə istədiyini dedilər. Gecə ilə bizi aeroportdan uzaqlaşdırdılar. Sonra da avadanlıqlarımızı çıxardılar.

Həyat yoldaşım bunun səbəbini öyrənmək üçün Zaur Axundovla görüşdü. O, heç bir izahat verməyərək, hər hansı səbəb göstərməyərək, sadəcə belə məsləhət olduğunu söyləyib. Üstəlik də “hara istəyirsən şikayət et” deyərək, heç kimdən çəkinmədiyini nümayiş etdirib.

O vaxtan bu günədək həyat yoldaşım işsiz qalıb. Dəfələrlə həm AZAL rəhbərliyinə, həm “Silk Way Holding” MMC-yə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bizə qarşı yol verilmiş qanunsuzluğa görə heç bir tədbir görülməyib”.

Z.Baxşəliyevanın sözlərinə görə, məhkəməyə müraciət etməmələrinin səbəbi Zaur Axundovun bu məsələdə bəzi hörmətli şəxslərin adını hallandırması olub: “O, elə adlar çəkirdi ki, biz məhkəməyə müraciət etməkdən çəkindik. Ancaq indi düşünürük ki, o, bunu qəsdən edib. Sadəcə bizi bu işdən kənarlaşdırmaq üçün kimlərinsə adından istifadə edib”.

Z. Baxşəliyevanın sözlərinə görə, ötən müddət ərzində qarşılaşdıqları qanunsuzluğu ölkə rəhbərliyinin də diqqətinə çatdırmağa çalışıblar: “8 il ərzində dəfələrlə möhtərəm Prezident İlham Əliyevə, I vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etmişik. Ancaq heç bir cavab almamışıq. Düşünürəm ki, müraciətlərimiz Prezidentimizə, I vitse-Prezident Mehriban xanım Əliyevaya çatdırılmır. Buna görə də Sizin saytınız vasitəsilə səsimizi ölkə rəhbərliyinə çatdırmaq istəyirik. Çünki artıq çox çətin vəziyyətlə üzləşmişik. Möhtərəm ölkə başçısının, hörmətli Mehriban xanımın diqqətinə çatdırmaq istəyirəm ki, 3 övladımız var. Uşaqlara görə mən də uzun illərdir ki, işləmirəm. Ailəmizin bütün yükü həyat yoldaşımın üzərindədir. Həyat yolaşımı isə Zaur Axundov artıq 8 ildir işsiz qoyub. Bu da bizim tam müflis olmağımıza gətirib çıxarıb.

Həyat yoldaşımın hər birinə 95 min dollar xərclədiyi avadanlıqlar dəyərsiz əşya kimi kənara atılıb. İşlədilmədiyindən xarab olub gedir. Bu avadanlıqlardan yalnız aeroportda istifadə etmək mümkündür. Həyat yoldaşım da bütün vəsaitini, hətta evlərimizi sataraq əldə etdiyi pulları əvvəlcə AZAL rəhbərliyi, sonra isə “Silk Way Holding” MMC ilə bağladığı müqaviləyə inanaraq bu avadanlıqlara yatırıb. Qanunsuz olaraq aeroportdan çıxarıldıqdan sonra, bu avadanlıqlarla hər hansı bir iş görmək mümkün olmadığından, tamamilə müflis olmuşuq. Hətta uşaqlarımızı normal böyütmək üçün hal-hazırda əlimdə heç bir imkanım yoxdur. Ailəmizdə heç kim işləmir, bu hadisələrdən sonra həyat yoldaşım ürək xəstəliyi tapıb, maddi durumumuz həddən artıq ağırdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev, hörmətli Mehriban xanım iş adamlarına hər zaman böyük dəstək olublar. Hər bir iş adamının ailəsi bunu bilir. Ona görə də biz Prezidentimizdən və Mehriban xanımdan kömək istəyirik.

“Silk Way Holding” MMC-nin keçmiş rəhbəri Zaur Axundovun qanunsuz qərarının ləğv olunmasını, həyat yoldaşımın avadanlıqları yenidən xidmət göstərmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşdirməsi üçün yer ayrılmasına göstəriş vermələrini xahiş edirik”.

Xatırladaq ki, bu yaxınlarda “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib. Bu haqda “AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki, “Silk Way Holding” MMC-nin prezidenti vəzifəsi hələlik Zaur Axundovun müavininə tapşırılıb.

Cahangir Əsgərovun ailə şirkəti olan “Silk Way Holding” MMC-nin rəhbərliyindən Zaur Axundovu uzaqlaşdırmasının səbəbi kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaranması göstərilir. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbərinə istənilən vasitə ilə pulların yığılmasını tapşırması vəziyyəti dəyişib.

Məlumata görə, hazırda Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilmir. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini “Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilir. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin “Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunur.

Onu da qeyd edək ki, “Silk Way Holding” MMC-nin krediti qaytarmaması heç də maliyə problemləri ilə bağlı deyil. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…

Şikayətdə göstərilənlərlə bağlı həm “Silk Way Holding” MMC-nin, həmdə Zaur Axundovun mövqeyini işıqlandırmağa hazırıq.
Mənbə: azpolitika.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru