Hacıbala Abutalıbovun şəbəkəsi hədəfdə... - GƏLİŞMƏ
Tarix: 1-02-2019, 12:24 | Çap et
Yarımkeçiricilərin kvant elektronikası üzrə elmlər doktoru olan H. Abutalıbov bu elmi sahəni cəmiyyətə tətbiq etmək üzrə bəşər tarixində imza atan nadir şəxslərdən biridir. Belə bir ideya ilə şüalanma siyasətini bürokratiyanın komprador maraqları çərçivəsində uzlaşdırmaqla, fizikanın bu sahəsini əndrəbadi idarəetmə sisteminə pərçimləyə bilib. O, 2001-ci ildə Bakı meri təyin olunanda əksər peşəkar mütəxəssislər heyrət içində idilər. Şəhərsalma və idarəetmə üzrə bilgisi olmayan H.Abutalıbovun Bakı kimi meqapolisin öhdəsindən necə gələ biləcəyi heç kimin ağlına sığmırdı. Sən demə, həmyerliləri olan ordubadlılardan ibarət “xüsusi çete” yaradıb, qanunsuzluqların fövqündə durmaqla hər şeyə nail olmaq asanmış. Beləcə, düz 18 il Bakı şəhərini talan etməklə minbir məkrli planları həyata keçirmək olarmış.
İş başındakı çetenin şəbəkəsi
Bakı şəhər İcra Hakimiyyəti H. Abutalıbov başçı vəzifəsinə təyin olunana qədər şəhər təsərrüfatını bilən peşəkar mütəxəssislərdən ibarət formalaşdırılmışdı. Onun gəlişindən sonra, bütün işçilər məcburi şəkildə vəzifədən uzaqlaşdırıldılar. Bunun qarşılığında öz həmyerliləri, yəni ordubadlılardan ibarət məmur çetesi quruldu. İlk addım N. Nərimanov rayon prokurorunun köməkçisi işləmiş Əli Hacıyev İcra aparatının rəhbəri vəzifəsinə gətirildi. Məcburi qaçqınlar və köçkünlər üzrə şöbənin müdiri Namiq Məmmədov, hüquq şöbəsinə Sani Nəsibov, katibliyin rəisi Bəxtiyar Fərəcbəyli, təşkilat şöbəsinə Rasim Quliyev, xarici əlaqələr üzrə departamentin rəisi H. Abutalıbovun oğlu İsrafil Abutalıbov, yaşıllaşdırma idarəsinə Vaqif Novruzov, ticarət departamentinə Ramiz Hacıyev, mənzil kommunal təsərrüfatı departamentinə Ənvər Quliyev, nəzarət şöbəsinə Ülvi Zeynalov, iqtisadiyyat şöbəsinə Eldar Yunusov, tikinti şöbəsinə Gündüz Məmmədov, öncə qəbul şöbəsinin, sonra isə içərişəhərin meri Mübariz Quliyev, mənzil şöbəsinə Vüqar Seyidov, humanitar şöbənin rəis müavini Eldar Xəlilov, xarici əlaqələr üzrə departamenti rəisinin müavini Vahid İsmayılov, iqtisadiyyat komitəsinə Eldar Yunusov, Suraxanı İcra Hakimiyyəti başçısının keçmiş müavini və indi mənzil şöbəsinin müdiri Vüqar Seyidov, məktəbəqədər təhsil şöbəsinə Eldar Yunusov, ictimai əlaqələr şöbəsinə Sima Məmmədova (Namiq Məmmədovun qızı), tərcümə və redaktə şöbəsinə Oqtay Abutalıbov (H. Abutalıbovun bacısı oğlu və qardaşı Osmanın kürəkəni), təsərrüfat şöbəsi rəisinin məsləhətçisi Mirhəsən Həsənov, əvvəlcə adi bir makinaçı və sonradan şəhər təsərrüfatının baş məsləhətçisi Gülşad Baxşəliyeva (N. Məmmədovun qohumu), nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov (N. Məmmədovla kirvədir), “İnterservisin müdiri və “Tapança Nazim” ayaması ilə tanınan Nazim Əsgərov (əvvəllər şəhər 1 saylı avtoparkının, sonradan nəqliyyat departamentinin müdiri vəzifəsinə irəli çəkilib, protokol şöbəsinin müdiri Zülfiyyə Nəcəfovanın xalasıqızının əri) və digər məmurlardan ibarət çete formalaşdırıldı. Onlar nəzarət etdikləri sahə üzrə müəssisələrdə yaxın qohum-əqrabalarını yerləşdirmək siyasətini yürüdürdülər. Beləcə, meriya və tabeliyindəki bütün təşkilatlar əslən ordubadlılardan ibarət şəbəkənin əlinə keçmişdi. Bakı meriyasında ordubadlı olmayan kadrları barmaqla saymaq olardı. H. Abutalıbovun işlədiyi müddətdə əsas gücünü bu çete təmin edib. Ona görə də istənilən qanunsuzluqları, mülkləri ələ keçirməkdə və sənədlərin saxtalaşdırılmasında problemlər yox idi. Bir vaxtlar acından ölən, bu gün ən zəngin insanlara çevrilən bu çete hələ də iş başındadır.
Kimlər necə zənginə çevrildi?
Mirhəsən Həsənov meriyada “şəhər təsərrüfatı” şöbəsinin baş məsləhətçisi olmaqla yanaşı, həm də “Çernobıl Əlilləri Cəmiyyəti”nin sədridir. Vaxtilə keçmiş sosial təminat naziri Əli Nağıyevin ən yaxın kadrlarından biri sayılıb. Çernobıl əllillərinin adlarına dövlət büdcəsindən ayrılan çoxsaylı mənzillərin mənimsənilməsi, Xətai rayonundakı “Tikinti Bazarı”nın, şəhərdaxili bir neçə avtobus marşrutunun və çoxsaylı göydələnlərin, N. Nərimanov rayonunda bir neçə “Şadlıq Sarayı”nın, “Gənclik” metrosu yaxınlığında bir neçə “Avto Salon”nun, Nəsimi rayonunda “Çernobıl Əlilləri”nə məxsus binanın və əlillərə dövlət büdcəsindən ayrılmış maşınların mənimsənilməsi, çoxsaylı mənzillərin və bağ evlərinin sahibidir. H. Abutalıbov mer vəzifəsindən çıxarılandan sonra, indiki himayədarı deputat Hadı Rəcəblidir. O, meriyada çalışdığı müddətdə heç işə də gəlmirdi. Onu nadir hallarda iş başında görmək olardı. Namiq Məmmədov Bakı meriyasına Suraxanı rayonundan H. Abutalıbovla birlikdə gəlib və qaçqınlar və məcburi köçkünlər üzrə şöbənin müdiri vəzifəsinə təyin olunub. Bununla yanaşı dünyada analoqu olmayan, H. Abutalıbovun telefonlarına cavab verən köməkçisi vəzifəsini icra edib. Sonradan H. Abutalıbovun himayədarlığı ilə ümumi şöbənin müdiri vəzifəsinə təyin olunub. Onun fəaliyyətini araşdıran Maliyyə Nazirliyi və Bakı Maliyyə İdarəsinin apardığı yoxlamalar zamanı işində cinayət tərkibi olan əməllərini ifşa ediblər. Kompüterlər, mebellər, maşınlar və digər texnikaların dəyərindən qat-qat baha qiymətə alınması və sonra sıradan çıxarılması, digər korrupsiya əməlləri ifşa olunub. Məsələnin qaranlıq tərəfi odur ki, N. Məmmədovun əməllərinə cinayət işi açılmayıb. O, həm də H. Abutalıbovun himayəsi ilə Bakının 8-ci mkrn. ərazisində bahalı “Şadlıq Evi”nin, çoxsaylı mənzillərin və bağ evlərinin sahibidir. Xidməti maşınını isə özəlləşdiribdir. Bakı şəhər İcra Hakimiyyətinin icra aparatının indi keçmiş rəhbəri sayılan Əli Hacıyev H. Abutalıbovun həmyerlisi kimi ən etibarlı və sədaqətli kadrlarından biri hesab olunur. Ə. Hacıyev Xəzər dənizi sahilləri boyunca hektarlarla ərazilərin, bir neçə çimərliyin sahibinə çevrilib. İcra aparatının rəhbəri olduğu dönəmdə misli görünməyən rəzalətə imza atan məmur kimi adını tarixə yazıb. Tabeçiliyində olan məmurların hər birinə maaşlarından tutulmaqla aylıq “haqq” qoymuşdu. Vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə işdən qovulsa da, şefi H. Abutalıbovun himayədarlığı ilə qanunsuz yolla əldə etdiyi “obyektlər”i idarə etməkdə davam edir.
Bir neçə vəzifə də tutmaq olurmuş
Əli Hacıyevdən sonra bu vəzifəyə irəli çəkilən digər ordubadlı, H.Abutalıbovun ən çox dəyər verdiyi kadrlardan biri kimi tanınan Bəxtiyar Fərəcbəyli tikinti işləri və fərdi evlərin inşa edilməsi üzrə sərəncamlara nəzarət edib. Qısa zamanda bu “sevimli kadr” Bakının sayılıb-seçilən milyonçularından birinə çevrilib. Əli Hacıyevin iştah kəməri məsələsində əndazəni aşdığına və öz qanunsuz əməllərinin ifşa olacağından qorxan H. Abutalıbov B. Fərəcbəylini şəhər təsərrüfatı şöbəsinin məsləhətçisi vəzifəsinə endirib. Beləliklə, qeyri rəsmi şəkildə “sərəncam” portfelinin şefinə çevrilib. Əslən Ordubadlı, uzun müddət H. Abutalıbovun yaxın kadrlarından biri sayılan Mübariz Quliyev əvvəlcə şefinin qəbul otağının müdiri, sonra İçərişəhərin meri vəzifəsini daşıyıb. Demək olar ki, İçərişəhərdə mer işlədiyi dönəmdə tarixi abidələr bərbad günə qoyuldu, qanunsuzluğun miqyası pik həddinə çatdı. Tarixi məkanda mənzillərin və qeyri yaşayış yerlərinin özəlləşdirilməsi, bir sıra tarixi abidələrin simasının dəyişdirilməsi, İçərişəhərin memarlıq ənənələrinə zidd olan binaların inşa edilməsinə görə verilən sərəncamlarla bağlı M. Quliyev zənginlər siyahısında ilk yerlərdə mövqe tutdu. Bircə faktı sadalamaq yetər. 2001-ci ildən sonra İçərişəhər Qoruq ərazisində nə qədər qanunsuz tikililər varsa, bunların hamısına M. Quliyev rəhbərlik edib. H. Abutalıbov yaxın qohumu Eldar Xəlilovu birbaşa Ordubaddan gətirib. Dərhal onu Bakı merinin baş məsləhətçisi təyin edib. Sonra isə “Yaşıl Teatr”ın direktoru vəzifəsinə irəli çəkib. Bununla yanaşı, şəhərdəki musiqi məktəblərinin birində müəllimdir. Deyilənə görə həyat yoldaşını və qızının adını musiqi məktəblərində müəllim ştatına yazdırıbdır.
Uşaq baxçalarına göz dikənlər
H. Abutalıbovun himayədarlıq etdiyi “Ordubad klanı” sadəcə iriçəkili vəzifələrə deyil, Bakı İcra Hakimiyyətinin tabeliyindəki “məktəbəqədər müəssisə”ləri də xüsusi qaydada nəzarətə almışdılar. Faktiki olaraq, şəhər meriyasında işləyən ordubadlı məmurların ailə üzvləri, yaxın qohumları uşaq baxçalarına müdir vəzifəsinə təyin olunmuşdular. H. Abutalıbovun ən çox etibar etdiyi və hazırda Bakı Lift İdarəsinin müdiri olan Xalid Ələkbərov da qısa zaman içində zənginləşən kadrlardan biridir. Onun həyat yoldaşı isə baxça müdiri vəzifəsini daşıyır. Guya “ehtiyac” içində yaşayırlar. Məktəbəqədər təhsil müəssisələrinin müdiri Eldar Yunusovun rəhbərliyi altında əksər uşaq baxçalarının rəhbərliyi ordubadlı kadrlardan komplektləşdirilib. O da bəllidir ki, bu gün dövlət müəssiəsi sayılan uşaq baxçalarında qeyri-rəsmi ödəmələr, körpə uşaqlara verilən qidaların “pullu xidmət”ə keçirilməsi sayəsində milyonlara sahib çıxmaq deməkdir. Eldar Əzizovun İcra Hakimiyyəti vəzifəsinə gətirilməsindən sonra, əsas görünən odur ki, H. Abıtalıbov və çetesinin Bakını böyrü üstə qoyması məsələsində müdhiş və ilginc faktlar üzə çıxmaqdadır. E.Əzizov dövlətə vurulan ziyanın dərhal ödənilməsi kimi sərt şəkildə tələblər irəli sürüb. H.Abutalıbov və onun sevimli komandası müəyyən müddət dirəniş göstərsələr də, sonucda hamının həbs təhlükəsini hiss etdikdən sonra quzuya dönüblər. Bizi təəccübləndirən budur ki, əgər bir məmurun işində cinayət əməli varsa, cərimələməklə və zərəri ödməsi ilə yanaşı həm də onların haqqında məhkəmə qərarları olmalıdır. Bu, həmin vəzifəli şəxslərin bir daha dövlət qulluğunda işləyə bilməməsi maddəsindən ibarət olmalıdır. Demokratik dünyada belə bir qanunverici təcrübə çoxdan mövcuddur.
(Ardı var) Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
|