Cənub bölgəsinin rəhbərləri ilə bağlı qərar hazırdır... - İDDİA
Tarix: 31-10-2019, 11:55 |
Çap et
DİA.AZ: - Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Cənub bölgəsində 3 rayon rəhbərinin dəyişdirilməsi gerçəkləşə bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olmuşdu və xəbərdə qeyd olunurdu ki, həm Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, həm Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və həm də Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yol üstündədirlər.
"Artıq hər üç başçı ilə bağlı sərəncamlar hazırdır. Rəsmiləşməsi an məsələsidir" - deyən məlumatlı mənbə dia-az.life-a xəbərində onu da əlavə edib ki, yalnz Taleh Qaraşovun yenidən təyin olunması gözlənilir və iddia olunur ki, Qaraşov Bakının Xətai rayonuna gətiriləcək.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...