AMEA-nın 150-dək əməkdaşının ixtisar edilməsi ETİRAZ YARATDI - İDDİA
Tarix: 5-12-2019, 12:45 |
Çap et
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 150 nəfərə yaxın əməkdaşı ixtisar edilib.
Bu barədə Demokrat.az-a AMEA-dan məlumat daxil olub.
Məlumata görə, ixtisara düşən elmi işçilər hələlik akademiyanın institutlarında işlə təmin edilmədiyi üçün narazılıq yaranıb.
Məsələ ilə bağlı AMEA-nın mətbuat xidməti ilə əlaqə saxlasaq da, telefon zəngimizə cavab verən olmayıb.