Oliqarx-deputatın yeni heyət arzusu... - İDDİA
Tarix: 27-01-2020, 11:53 | Çap et
Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, özünü buraxmış Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, “AzəriMed” şirkətinin sahibi Kəmaləddin Qafarov 9 saylı Binəqədi II seçki dairəsindən YAP-ın namizədi kimi yenidən deputat olmaq eşqinə düşüb. Seçib-seçilmək hər bir vətəndaşın konstitusion hüququdur. O cümlədən, K.Qafarov da bu hüquqdan yararlana bilər. Amma Milli Məclisə deputat seçilmək istəyən şəxsin ən azından seçiciləri arasında nüfuzu olmalıdır. K.Qafarovun isə seçildiyi dairədə nəinki nüfuzu yoxdur, hətta onu tanımırlar belə. Adıçəkilən seçki dairəsini əhatə edən ərazilərdə apardığımız qısa sorğular nəticəsində aydın oldu ki, K.Qafarov adlı deputatın varlığından əhalinin xəbəri yoxdur. Bunun bir səbəbi K.Qafarovun Milli Məclisdə “susqun deputat” olmasıyla bağlıdırsa, digər səbəbi biznes fəaliyyəti ilə əlaqədar seçicilərin arasında görünməməsidir. Seçicilərin sözlərinə görə, təyin olunmuş deputat bir dəfə də olsun sakinlərin arasına çıxmayıb, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində heç bir addım atmayıb. Rayon ictimaiyyəti K.Qafarov adlı deputatın varlığından belə xəbərsiz olsalar da, siyasi cəhətdən aktiv insanlar bu şəxsin qaranlıq fəaliyyətindən xəbərdardırlar. Millət vəkilliyinə iddialı olan bu adamın insani keyfiyyətlərinin nədən ibarət olmasını anlamaq üçün onun direktor müavini olduğu Milli Onkologiya Mərkəzinin mövcud vəziyyətinə baxmaq kifayət edir. K.Qafarov sözün həqiqi mənasında millətin vəkili olmaq niyyətindədirsə, Onkologiya Mərkəzində ölümlə üz-üzə qalan insanların hansı məşəqqətlərə məruz qaldığını görməli və susmamalı idi. Rəhbərlik etdiyi mərkəzi “morq”a çevirən və xəstələrin canı üzərindən milyonlara sahiblənən birisindən haqq-ədalət, mərhəmət gözləmək olarmı? 1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda, ilk müraciət etdikləri zaman müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar. 2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. 3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər. 4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. Bundan başqa: • xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir; • bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir; • zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir; • zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur; • kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır; • pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır; • və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar. Respublikamızı cənginə alan onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin başlarına yuxarıda göstərilən formada oyun açılması hansı məntiqə, qanuna və əxlaqa sığır? Orada baş verənlərdən K.Qafarovun xəbəri yoxdurmu? Ölüm ayağında olan insanların yaxınlarını müxtəlif vasitələrlə son qəpiyinə qədər soyan müəssisənin rəhbər postunda çalışan birisi öz seçicilərinin qarşısına hansı üzlə çıxmaq niyyətindədir?
Kəmaləddin Qafarov hansı pulların hesabına oliqarxa çevrilib?!...
Yuxarıda qeyd etmişik ki, K.Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydalarını aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, K.Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan. Qeyd edək ki, Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb. Bu, tərəflər arasında bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilədir, baxmayaraq ki, müalicə müəssisəsi cəmi bir alqı-satqı müsabiqəsi keçirib. 2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb. Müstəqil jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, MOM-da müayinə və müalicə pulsuz deyil və xərçəng xəstələri hər müalicə kursuna görə bir neçə min manat pul xərcləyir. Qanunvericiliyə uyğun olaraq, müqavilə predmetinin müxtəlif yerlərə bölünməsi cinayət əməlidir və cəza tədbirlərindən biri iki ilə qədər həbsdir, əgər dövlətə ziyan xüsusilə iri məbləğdədirsə, bu müddət iki dəfə artırılır. 2018-ci ildə MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb. “Azeri Med” MOM-nin baş direktorunun müavini, Milli Məclis üzvü Kamaləddin Qafarova məxsusdur. Cinayət Məcəlləsinin 308-2.3 maddəsinə əsasən, bir biri ilə əlaqəli şəxsləri alqı-satqı proseduruna buraxanlar 2 ildən 4 ilə qədər azadlıqdan məhrum edilə bilər. “Azeri Med” MMC (VOEN 1500072561) 2004-cü ildə təsis edilib. Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir. Bu faktlar üzə çıxandan sonra ictimaiyyət nümayəndələri haqlı olaraq, K.Qafarova aşağıdakı formada müraciət etdilər: “Sənin kifayət qədər imkanın var ki, ölkənin saysız-hesabsız digər iqtisadi, biznes sahələrinə girişib bundan da xeyli çox, asan, hazır gəlir əldə edəsən. Amma, axı 43 milyon onkoloji xərçəng xəstələri üçün ayrılmış puldur, dünyanın ən müdhiş qan-qadalı xəstəliyinə tutulmuş, bədbəxt insanların vəsaitidir!”
Deputat sarıdan bəxti gətirməyən Binəqədi...
Binəqədi rayonunun deputat sarıdan heç vaxt bəxti gətirməyib. Bu günə qədər seçilən deputatların heç biri seçicilərin rəğbətini qazana bilməyərək, əksinə, ictimai qınaq obyektinə çevriliblər. Dələduzluğu ilə respublikada ad çıxaran Rəfael Cəbrayılov isə Binəqədi deputatlarının tarixinə son möhürünü vurdu. Milli Məclis buraxılandan sonra Binəqədi sakinləri ümid edirdilər ki, nəhayət yeni namizədlə yeni gələcəyə doğru gedəcəklər. Keçmişi və bu günü ləkəli olan K.Qafarovun yenidən meydana çıxması isə seçiciləri əməlli başlı narahat etməyə başlayıb. Seçicilərlə görüşümüz zamanı K.Qafarova deyiləsi sözlərin, müraciətlərin çoxluğu daha geniş məqalələrin ortaya çıxması zərurətini yaratdı. Gələn yazılarımızda seçicilərin yenidən deputat olmaq istəyən K.Qafarov barəsində söylədikləri fikirlərə geniş yer ayıracağıq. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Araşdırmalarımız davam edir. Ardı var... Araşdırma qrupu mənbə:/diaspor.info/
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
|