Xaçmaz rayon Xanlıqoba kənd sakinləri Kainat.tv-yə VİDEOMÜRACİƏT ünvanlayıblar. Müraciətdə kənd sakinlərinə məxsus örüş sahəsi yerli məmurlar tərəfindən şəxsi adamlara qanunsuz olaraq satıldığı öz əksini tapib.
Sakinlər iddia edirlər ki, islahat aparılan zaman bizim pay torpaqlarımızdan kəsilərək kənd üçün 137 hektar ərazi örüş sahəsi məqsədilə ayrılıb. Amma bu günə kimi biz bu sahədən istifadə etməmişik. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq olduğu üçün, örüş sahəsinin rayon rəhbərləri tərəfindən mənimsənilərək satıldığı üçün çox çətinlik çəkirik. Məcburiyyət qarşısında qalaraq mal-qaramızı sataraq azaldırıq. Bu da yaxın gələcəkdə kənd sakinlərinin güzaranının pisləşməsinə, maddi rifahının aşağı düşmə təhlükəsinə gətirib çıxarır.
Bu barədə rayon rəhbərliyinə, şəxsən Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayevə dəfələrlə şifahi və yazılı müraciət etmişik. Təəssüflər olsun ki, heç bir əməli tədbir görülmür.
P.S. Xaçmaz rayon İcra Hakimiyyətinin mövqeyini də dərc etməyə hazırıq.