NARAZILIQ: “İrşad Electronics”ə gedərkən iki dəfə düşünün... - "Qulaqlıq gigiyenikdir?.."
Tarix: 3-11-2021, 11:51 | Çap et
 Son dövrlər "İrşad Electronics” mağazasından şikayətlərin ardı-arası səngimir.
Sfera.az bildirir ki, şikayətçilər Teleqraf.com-a müraciət edərək, istehlakçı hüquqlarının ciddi şəkildə pozulduğunu iddia ediblər.
Şikayətçi Gülnar Süleymanovanın (ad şərtidir) sözlərinə görə, oktyabrın 17-də "İrşad Electronics”in Neftçilər filialından qulaqlıq alıb:
"Məhsulu alarkən məsləhətçi və qeydiyyat şöbəsinin əməkdaşları qulaqlığı 14 gün ərzində qaytara və ya dəyişdirə biləcəyim barədə məlumat verdilər. Hər hansı bir problem olacağı təqdirdə isə 1 il zəmanətlə dəyişdirə və qaytara biləcəyim deyildi. Qulaqlıqda xışıltı olduğu üçün qaytarmaq məqsədilə Neftçilər filialina apardım. Mağazanın əməkdaşı qulaqlığı yoxladı və problem olduğunu qəbul etdi. Daha sonra məni texniki servisə yönləndirdilər. Mağazanın xanım əməkdaşı mənə bu məhsulun gigiyenik olduğunu, xarab olsa belə, qaytarılmayacağını, ancaq dəyişdiriləcəyini bildirdi. Qulaqlığa 350 manat pul vermişəm, əgər xarabdırsa, istifadə etməyə məcbur deyiləm.
Birinci, qulaqlıq gigiyenik məhsul deyil. İkinci, əgər gigiyenikdirsə, niyə məhsulu alarkən bu barədə məlumat verilməmişdi? Üçüncü, əgər gigiyenikdirsə, niyə mənim qulaqlığım mağazada işçilər tərəfindən qulaqlarına taxılıb yoxlanılır?
Əgər gigiyenik məhsuldursa, işçilər tərəfindən istifadə olunmuş qulaqlığı qəbul etmirəm. Texniki şöbədən 2 günə cavab gələcəyi deyilsə də, hələ də məhsul barəsində məlumat verilmir. Üstəlik, "Apple” rəsmi servisinə zəng etdikdə onlara texniki şöbədən mənim adıma qulaqlıq daxil olmadığı bildirildi”.
Şikayətçi deyir ki, "İrşad Electronics” mağazası və kollektivi özbaşınalıq nümayiş etdirir: "Günlərdir mağazanın (0171) nömrəsinə zəng vurmağıma baxmayaraq, şikayətimlə heç kəs maraqlanmır. İşçilərin məsuliyyətsizliyinin, özbaşınalığının, məlumatsızlığının, üstəlik xarab məhsul almağın cəzasını müştəri olaraq niyə çəkməliyəm? Onsuz da məhsul qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət edəcəm. Vətəndaşlara məsləhətim odur ki, "İrşad Electronics” mağazasına gedərkən iki dəfə düşünsünlər”.
Əksər şikayətçilər də adıçəkilən mağazanın eyni məhsuldan narazı qaldıqlarını açıqlayıblar. Onlar mağazanı keyfiyyətsiz məhsul satmaqda günahlandırır. Bəzi şikayətçilər də məsuliyyətsiz və müştəri davranışının sıfır olduğu mağazadan imtina edib yeni mağazalar şəbəkəsinə üz tutduğunu bildirib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Teleqraf.com-a bildirib ki, müştəri ilk növbədə dövlət orqanlarına müraciət etməlidir: "Müştəri 195 və ya 498 15 04 əlaqə nömrələrinə, yaxud Azad İstehlakçılar Birliyinə ətraflı ərizə yazmalıdır. Şikayətçi haqlıdır. Çox təəssüf ki, ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar zəifdir.
Qanunda nəzərdə tutulmayan mağazaların özlərinə tabe olan bir "servis” anlayışı çıxıb. Məhsul xarab çıxdıqda mağazalar müştəriləri həmin texniki servis xidmətlərinə göndərirlər. Servis xidmətləri də elə diaqnoz qoyur ki, guya problem istehlakçının özündən qaynaqlanıb. Bir sözlə, min cür böhtan atırlar, beləliklə istehlakçını başlarından rədd edirlər. Bu, qanuna zidd bir hərəkətdir. Ona görə də satış mərkəzlərinə məxsus olan servis xidmətlərinə istehlakçıları yönləndirmək siyasətinə son qoyulmalıdır. Satış mərkəzləri müştərini servis xidmətlərinə göndərir, onlar da istehlakçıya böhtan atılır”.
Birlik sədri deyir ki, mürəkkəb texniki mallardan, o cümlədən bu kimi elektron mağazaların satdığı mallardan və istehlakçılarla davranışlardan şikayət sürətlə yayılır: "Digər mağazalar şəbəkəsindən də bənzər şikayətlər var. Birinci yerdə "Kontak Home”, ikinci yerdə "Baku Electronics”, üçüncü yerdə isə "İrşad Electronics” dayanır.
Ümumiyyətlə, sözügedən şikayətlə bağlı istehlakçının hüququ var ki, məhsulu dəyişsin, bu mümkün olmadıqda qaytarıb pulunu alsın. Bu şərtlə ki, məhsul alarkən müştəriyə təqdim olunan kassa çeki normal olsun.
Bu mağazalarda rast gəlinən bir paradoksal məsələ də var. Bəzən müştəriyə deyirlər ki, məhsulu açıb işlətmisən. Sual olunur, məhsulu açıb işlətməsə, haradan bilmək olar ki, xarabdır? Prosessual qanunda da boşluq var, deyilir ki, işlənməmiş olmalıdır. Başqa sözlə, bu o deməkdir ki, məhsul xarab çıxsa da, qaytarmaq olmaz. Müvafiq qanun zəifdir. Düşünürəm ki, qanuna yenidən baxılmalı və bu kimi hallar aradan qaldırılmalıdır”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
|