"Baku Electronics"dən mal alarkən 100 ÖLÇÜN, 1000 BİÇİN... - GİLEY
Tarix: 17-02-2022, 11:33 |
Çap et
DİA.AZ: - "Şikayətim “Baku Electronics”-dəndir. 2 il qabaq bu mağazalar şəbəkəsinin Nərimanov filialından "Acer Swift 3, 8ram, 256ssd" yaddaşlı noutbooku 1799 azn-ə almışam". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Kamran Əzizzadə adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Düzü, çox razı idim heç bir problem yox idi, yaxşı da işliyirdi. Ancaq bu yaxınlarda bəzi səbəblərdən kompüteri format etməli oldum və sistemdə yenilənmə gedəndən sonra fikir verdim ki, 8 ram yox 4 ram imiş.
Halbuki hər dəfə baxırdım və görürdüm 8 olduğunu sonra daha dəqiq bilmək üçün noutbookun arxasını açdım və baxdım ki, 8 ramı çıxardıb 4 ram qoyulub satılıb.
Sadəcə əlimdə heç bir sənəd qalmadığından, çoxdan aldığımdan gedib rəsmi şikayət ünvanlaya bilmədim. Burda yazmağda səbəb isə budur: Siz də alanda aldanmayın... Aldığınız hər şeyi gərək yoxlayasınız..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...