Nəcməddinin kadrları BEKAR DURMAYIBLAR... - İDDİA
Tarix: 19-04-2022, 10:49 | Çap et
44 günlük Zəfər savaşından sonra Müdafiə Nazirliyində xeyli dəyişikliklər baş verdi, hətta uzun illər nazirlikdə kök salmış və dövlətimizin maraqlarına cavab verməyən bəzi generallar ordu sıralarından uzaqlaşdırıldı. Bir az da açıq desək, Milli Ordumuzda təmizləmə prosesi aparıldı. Bu, bir dövlətin və milllətin gələcəyi üçün çox vacib məsələ idi. Amma... Əmması odur ki, biz heç kimin fəaliyyətinə kölgə salmadan, heç kimin az da olsa xidmətinin üstündən qara xətt çəkmədən soyuq başla, məntiqlə baş verənlərə nəzər salmalıyıq. Çünki vaxtilə general Nəcməddin Sadıkovları vəsf edənlər, onun sərkərdəliyini göylərə qaldıranlar....bu gün də eyni templə, eyni həvəs və maraqla Müdafiə Nazirinin 1-ci müavini, Baş Qərargahın rəisi, general-polkovnik Kərim Vəliyevdən “geroy” düzəltməklə məşğuldurlar. Bəziləri Nəcməddin Sadıkovun həqiqi kimliyini az qala 30 il keçəndən sonra anlamağa başladılar, bəziləri isə hələ də anlamırlar. Ancaq bu 30 ildə Nəcməddin Sadıkovun Azərbaycan xalqına vurduğu zərbələrin sayı-hesabı yoxdur. Görəsən, 30 il Nəcməddin Sadıkovun əlinin altında ona qulluq edən Kərim Vəliyevin fəaliyyətinə qiymət vermək üçün 30 il gözləməliyik..? Kimdir axı, general-polkovnik Kərim Vəliyev..? Son vaxtlar Kərim Vəliyevin böyük şairimiz Səməd Vurğunun qohumu olması dövriyyəyə buraxılıb. Axı, kiminsə qohumu olması kimisə heç nədən sığortalamır. Keçmiş baş nazirimiz Artur Rəsizadə də dahi şairimiz Hüseyn Cavidin yaxın qohumudur. Bu o demək deyil ki, Artur Rəsizadə xalqımıza layiqli qulluq edib. Bunlar dayaz söhbətlərdir. Əlbəttə dahi Səməd Vurğuna böyük sevgimiz var. Bəs Kərim Vəliyev kimdir..? Bu adamın ailə üzvlərinin çoxu Amerika Birləşmiş Ştatlarında yaşayır. Yəqin ki, Kərim Vəliyev də nə vaxtsa ABŞ-a köçəcək. Əlbəttə, biz kiminsə harada yaşamasına qarşı ola bilmərik. Hər bir insan öz yaşayış yerini seçməkdə azad və müstəqildir. Amma gəlin yalandan kimlərdənsə “patriot” düzəltməyək. Kərim Vəliyev Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirəndə bir çox Azərbaycan oğulları əliyalın Qarabağda erməni faşistlərə qarşı döyüşürdü. Bəs həmin zaman ali təhsilli hərbçi olan Kərim Vəliyev hara üz tutdu...? Kərim Vəliyev 1990-1994-ci illərdə Moskvada, Frunze adına Hərbi Akademiyasında təhsil almışdır.. 1990-94- cü illərdə Rusiyada çalışan xeyli zabitlərimiz evini və ailəsini ataraq Azərbaycana döyüşməyə gəlmişdilər. Kərim Vəliyev isə həmin illərdə 2-ci “voyenni” təhsil alırdı. Bəli, Kərim Vəliyevin əsas çıxış nöqtəsi budur –Rusiya... Sonrakı illərdə isə Kərim Vəliyev uzun müddət Nəcməddin Sadıkovun sağ əli, hətta 1-ci müavini olub. Niyə bircə dəfə orduda baş verən qanunsuzluqlara, hətta cinayət əməllərinə qarşı səsini çıxartmayıb. Amma son bir ayda mətbuatda özü haqda böyük sərkərdə-filan obrazı yaradır. Bu ölkədə birinci SƏRKƏRDƏ cənab Ali Baş Komandan İlham Əliyevdir. Özünüzdən qəhrəman düzəltməyin. Ötən saylarımızın birində Kərim Vəliyevin fəaliyyəti ilə bağlı, 2012-2015-ci illərdə Daxili Qoşunların Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi qulluq edən, vətənpərvər xanım Tehranə Bəhruzinin fikirlərinə yer vermişdik. Məlumat üçün qeyd edək ki, Tehranə Bəhruzi öncə Moskva Şəhər Universitetinin hüquq fakültəsini bitirib. Sonra Samara Dövlət Universitetində psixologiya fakültəsində tibbi psixologiya ixtisası üzrə təhsil alıb. Daha sonra Nijqorod Dövlət Universitetini elmi araşdırma, tibbi psixologiya-neyropsixologiya ixtisası üzrə bitirib. Xanım həm də yüksək idman hazırlığına malikdir. Tehranə Bəhruzi vətənpərvər xanım kimi 2012-2015-ci illərdə Daxili Qoşunların Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi qulluq edib. Sonradan 6 il işsiz qalan Bəhruzi Tehranə 18 fevral 2021-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi psixoloq kimi fəaliyyət göstərib. Kərim Vəliyev nazirin 1-ci müavini, Baş Qərargah rəisi təyin olunandan sonra nazirliyin qurumlarında hər şey baş-ayaq olub. Belə ki, Kərim Vəliyev Baş Qəragah rəisi olan kimi Roman Çobanovu gətirib Baş Klinik Hospitala rəis qoyub. Və beləcə Hospitalda qanunsuzluqlar, rüşvət və korrupsiya halları baş alıb gedir. Tehranə xanımın dediklərindən bəlli olur ki, o çalışdığı qısa vaxtda yeni testlər keçirib, hərbçilərin səhhəti ilə bağlı düzgün tibbi diaqnozun qoyulmasına nail olub. Tehranə xanımla eyni şöbədə çalışan Sevinc Abbasovanın heç bir ali təhsili olmayıb. Sevinc Abbasovanın atası ilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Firudin Nəbiyev yaxın dostdular. Məhz buna görə də heç bir ali təhsili olmayan Sevinc Abbasova hazırda Baş Klinik Hospitalda işlədiyi halda, 3 ali təhsili olan və öz ixtisası üzrə çalışan Tehranə Bəhruzi guya müqavilə müddətinin başa çatması bəhanəsi ilə işdən çıxarılıb. Və Firudin Nəbiyevin öz qızı Qospitalın poliklinikasında işlədiyi halda onu işdən azad edilən Tehranə Bəhruzinin yerinə gətiriblər. Görəsən bu qanunsuzluqların səbəbi nədir..? Məsələni çox uzatmadan qeyd edək ki, Bəhruzinin dediklərindən belə bəlli oldu ki, hərbçilərin psixoloji durumu ilə bağlı obyektiv diaqnozlar verməsi rəhbərliyi qane etmirmiş. Çünki Kərim Vəliyevlərə lazım idi ki, hər bir hərbçidən 8-10 min alıb, onları saxta diaqnozla təqaüdə göndərsinlər. Peşəkar psixoloq olan Tehranə Təbrizli isə buna yol vermədiyi üçün onu işdən azad ediblər. İndi aydın oldumu, bəzilərinin “geroy” düzəltmək istədiyi Kərim Vəliyevin rəhbərliyi altında ordumuzda nələr baş verir..? P.S. Onu da unutmayın ki, Kərim Vəliyev Nəcməddin Sadıkovun əlinin altında böyük kurs keçib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
|