Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                 

Xəstələrin gündəlik ərzaq payından kim daha çox yeyir – Xəstəxana, “TAİS İKF” MMC, yoxsa…
Tarix: 18-05-2022, 10:38 | Çap et
Xəstələrin gündəlik ərzaq payından kim daha çox yeyir
Məlum olduğu kimi Azərbaycanda bütün xəstəxanalarda müalicə alan şəxslərə gündə 3 dəfə olmaqla pulsuz yemək verilir. Xəstəxanalar üçün zəruri ərzağın alınması məqsədlə hər il dövlət büdcəsindən xüsusi olaraq külli miqdarda vəsait də ayrılır. Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə xəstəxanalarda müalicə olunanlar üçün qida normaları müəyyənləşdirilib. Həmin qərara əsasən, xəstəliklərin xüsusiyyətindən asılı olaraq, müalicə-profilaktika müəssisələri üçün ayrı-ayrı qida normaları var. Bu normalara mal əti, toyuq əti, yumurta, makaron, çuğundur, meyvə, qənd, çay və digərləri daxil olmaqla ümumilikdə 31 adda ərzaq və qida məhsulları daxildir. Sonradan qida növlərinin siyahısının genişləndirildiyi barədə də məlumatlar var.

Xəstəxanalar müalicə alan xəstələrin gündəlik ərzaq tələbatını hansı üsulla həyata keçirir. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Hazırda Bakı şəhərindəki bütün dövlət səhiyyə müəssisələri mərkəzləşdirilmiş qaydada qida ilə təmin olunur. Yəni nazirliyin balansında olan xəstəxanalarda müalicə alanlara gündə 3 dəfə pulsuz yemək verilməsinə vəsait ayrılır. Bu məqsədlə Bakı şəhərindəki bir çox xəstəxanada mərkəzləşdirilmiş qida bloku və mətbəxlər fəaliyyət göstərir. Amma görəsən müalicə alanlara gün ərzində nəzərdə tutulan yeməklər verilirmi? Nazirlər Kabinetinin müvafiq normativ qərarında xəstələr üçün nəzərdə tutulan təzə meyvə, meyvə şirəsi, meyvə qurusu kimi qida məhsullarından söhbət gedə bilməz. Bunlar ancaq kağız üzərində ola bilər.

Qeyd etdiyimiz kimi hazırda xəstəxanalar qanuna görə mərkəzləşdirilmiş qaydada ərzaqla təmin edilir. Əvvəlki illərdə isə bu iş satınalmalar yolu ilə həyata keçirilib ki, xəstəxanaların əsas yeyinti mənbəyi olub. Bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Nazirlər Kabinetinin normativ sənədində sadalanan ərzaqların alınması üçün ayrılan vəsaitlərin düzgün xərclənib-xərclənməməsini hansı yollarla həyata keçirilir?

Məlum olduğu kimi artıq bir neçə ildir ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. 2016-cı ilin noyabrından Mingəçevir və Yevlaxda, 2018-ci ilin fevralından isə, Ağdaşda layihənin tətbiqinə başlanılıb. Hazırda isə ölkə ərazisindəki bütün xəstəxanalarda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Respublika ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan sonra xəstəxanalarda müalicə alanlara gün ərzində nəzərdə tutulan ərzaqların alınması indi də satınalmalar yolu ilə həyata keçirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən pilot layihənin ilk tətbiq olunduğu Mingəçevir şəhər, Ağdaş və Yevlax rayon Mərkəzi Xəstəxanaları tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda tender yolu ilə hazır yemək (keytrinq) xidmətinin satın alınmasına 2020-ci ilin oktyabr ayından 2021-ci ilin dekabr ayına qədər 2 323 431 manat vəsait ayrıldığı göstərilir. Bu tenderlərin hamısının qalibi də “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Açıq mənvələrdə “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda fəaliyyət göstərən iaşə şirkətləri arasında ən güclü və təcrübəli bir şirkət kimi göstərilir. Şirkətin veb-saytında yerləşdirilmiş məlumatlara görə toy mərasimləri, banketlər, ailə tədbirləri kimi iaşə xidmətləri göstərir. Keytrinqdən əlavə şirkət təmizlik, ziyanvericilərə nəzarət, daşınmaz əmlakın idarə olunması, ofis idarəçiliyi kimi xidmətlər də həyata keçirir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində 30.06.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ƏLƏSGƏR QAİBOV, ev 5, qanuni təmsilçisinin isə Şirinov Rafail Məmməd oğlu olduğu göstərilir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda”Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tender Komissiyası 2021-ci ildə (ümumilikdə 2021-ci il üçün 60 250 nəfər xəstə sayının olması ehtimal edilir) 2022-ci ildə isə (ümumilikdə 2022-ci il üçün 50 000 nəfər xəstə sayının olması ehtimal edilir ) 1 (bir) il ərzində həftənin 7 (yeddi) günü, sutkada 3 dəfə olmaqla əvvəlcədən sifarişçi tərfindən bildiriləcək xəstə sayına uyğun olaraq hazır yemək xidmətinin göstərilməsi üçün “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 1 181 106 manat məbəğində satınalma müqaviləsi bağlamışdır.

Amma “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tender Komissiyasına ünvanladığınız 06 may 2022-ci il tarixli sorğumuza cavab olaraq bildirilib ki, “2022-ci ildə hazır yeməyin satınalınması üçün başlanılan Açıq tender Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 02.04.2021-ci il tarixli məktubu ilə Dövlət Satınalmaları Haqqında Azərbaycan Respublikası Qanunun 23.2-ci Maddəsini əsas gətirərək ləğv olunmuşdur.

Sonra Təkliflər sorğusu metodu ilə satınalma keçirilmiş, “TAİS İKF” MMC səmərəli qiymət təklif etmək ilə qalib olmuşdur. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 19.05.2021-ci il tarixli məktubu ilə fərdi dəvətlər göndərilməməsi əsas gətirilərək ləğv olunmuşdur. Tərəfimizdən 20.05.2021-ci il tarixli 402 saylı izzahat məktubu (fərdi dəvətlər də daxil olmaqla) göndərilmişdir. Nəticə olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 27.05.2021-ci il tarixli razılıq cavab məktubundan sonra “TAİS İKF” MMC ilə 365136.84 (üç yüz altmış beş min yüz otuz altı manat, 84 qəpik) manat məbləğındə müqavilə imzalanır və qüvvəyə minir. İlin sonunadək 312001.44 (üç yüz on iki min bir manat, 44 qəpik) manat ödəniş olmuşdur. Vəsaitin qalan hissəsi Dövlət büdcəsinə qaytarılmışdır. Ödənişlər ayda 2 (iki) dəfə şirkət tərəfindən akt və qaimə faktura təhvil verildikdən sonra həyata keçirilir.

2022-ci il üçün hazır yeməyin satınalınması ilə bağlı Açıq Tender elan olunmuş və “TAİS İKF” MMC hər xəstə üçün ƏDV daxil 7.79 (yeddi manat 79 qəpik) qiymət təklif etməklə qalib olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 30.12.2021-ci il tarixli cavab məktubundan sonra ümumi dəyəri 389400.00 (üç yüz səksən doqquz min dörd yüz manat, 00 qəpik) manat olan müqavilə qüvvəyə minmişdir. Hal-hazırda da bu müqavilə əsasında xidmət alınır və akt və qaimə faktura təhvil verildikdən sonra ödəniş yerinə yetirilir. Qeyd edək ki, menyu şirkət tərəfindən tərtib olunur və onların işçi heyyəti tərəfindən çatdırılır.”

“Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tender Komissiyasının cavab məktubundan aydın olur ki, Xəstəxana 2021-ci il üçün hazır yeməklərin satınalması üzrə 365 136.84 manat 2022-ci il üçün isə 389 400.00 manat məbləğində satınalma müqavilələri bağlamışdır. Burada ortaya sual çıxır. Ayrlmış bu vəsaitə xəstəxanada il ərzində müalicə olunan neçə nəfərə gündə üç dəfə yemək verilib? Bəlli deyil.

Göründüyü kimi, Mingəçevir Mərkəzi Xəstəxanası tərəfindən 2021-ci il üçün nəzərdə tutulmuş 60 250 nəfər xəstənin qidalanmasına il ərzində 312 001.44 manat vəsait xərclənib. Təxmini hesablamalarımıza görə bu vəsaiti bir ilə, yəni 365 günə böləndə 854 manat edir. Burada xəstələrin sayı dəqiq açıqlanmadığından 854 manata gün ərzində neçə nəfərin 3 dəfə qidalandığını hesablamaq mümkün olmur.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayına olan məlumata görə icbari tibbi sığorta Mingəçevir şəhərində tətbiq edilmədən öncə Mərkəzi Xəstəxanada çarpayı sayı 672 olub, hazırda çarpayı sayı 310-dur. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının gün ərzində xəstələrin qidalanmasına ayırdığı 854 manatı çarpayıların ümumi sayına, yəni 310-a böləndə bir xəstənin gün ərzində 3 dəfə qidalanmasına 2.75 manat düşür. Amma xəstəxanada çarpayıların hamısının gün ərzində dolu olmadaığını nəzərə alsaq qiymətlər dəyişir. Xəstəxananın ehtimal etdiyi 60 250 nəfəri 365 günə böləndə gün ərzində xəstəxanada 165 xəstənin müalicə aldığını göstərir. Burada nə kimi yeməklərin verildiyi bəlli olmadığından gün ərzində 3 dəfə qidalanmanın hazırkı bazar qiymətləri ilə üst-üstə düşmədiyini göstərir.

Pilot layihənin ilk tətbiq olunduğu Ağdaş rayon Mərkəzi Xəstəxanasında isə mənzərə bir az fərqlidir. Xəstəxananın Tender Komissiyasına ünvanladığımız məktuba cavab verilmədiyindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatları olduğu kimi diqqətinizə çatdırırıq.

“Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 2020-2021-ci illərdə hazır yemək (keytrinq) xidmətinin satınalınması üzrə keçirmiş olduğu açıq tenderdə “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə beş satınalma müqaviləsi bağlanmışdır. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar üzərindən apardığımız hesablamalara görə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tender Komissiyası 2020-2021-ci illlərdə “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqavilələrin ümumi dəyəri 636 472 manat olub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 2020-ci ilin noyabr -dekabr aylarında ərzaq məhsullarının alınması üçün 257 338.66 manat vəsait ayrılıb. Eyni məqsədlə 2021-ci ilin aprel-dekabr aylarında ayrılan vəsait isə 379 134 manatdır.

Lakin burada qeyd etmək lazımdır ki, “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tender Komissiyası keçirilən tenderlərin şərtlər toplusunda ərzaq məhsullarının hansı dövrlərə aid olması və neçə nəfər üçün alınması göstərilməmişdir. Yalnız 18.12.2021-ci il tarixdə yerləşdirilmiş məlumatda “2022-ci il ərzində xəstəxanada 25500 nəfərin (adam-gün) müalicə olunacağı ehtimal olunduğu göstərilir. Sual burada yaranır ki, xəstəxana necə olub ki, pandemiyanın daha çox yayıldığı vaxtda,2021-ci il üçün 257 338.66 manat ayırdığı halda, 2022-ci ildə xərcləri 121 796 manat artıraraq 379 134 manata çatdırıb.

Qeyd etdiyimiz kimi, “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi keçirdiyi tenderdə ayrılmış vəsaitin süni şəkildə şişirdildiyi şübhəsi yaranır. Göründüyü kimi, Ağdaş Mərkəzi Xəstəxanası tərəfindən ehtimal olunan 25 500 nəfər xəstənin qidalanmasına ayrılan vəsaitin hansı ilə tam olaraq nə qədər ayrılması göstərilməyib. Bu da Ağdaş rayon Mərkəzi Xəstəxanasının ərzaq məhsullarının alınması üçün ayrılmış vəsaitlərin mənimsənilməsinə yol açdığını deməyə əsas verir. Nəzərə alsaq ki, xəstəxanada müalicə alan şəxslərin böyük əksəriyyəti bu yeməklərdən istifadə etmirlər. Bu isə həmin məbləğin az bir hissəsinin təyinatı üzrə xərcləndiyini deməyə əsas verir.

“Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 2020-2021-ci illərdə hazır yemək (keytrinq) xidmətinin satınalınması üzrə keçirmiş olduğu açıq tenderdə də “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və üç satınalma müqaviləsi bağlanmışdır. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-2022-ci illərdə Yevlax rayon Mərkəzi Xəstəxanasında müalicə alanların (ümümilikdə 2022-ci il ərzində xəstəxanada 25500 nəfərin (çarpayı günü) müalicə olunacağı ehtimal olunur) müəyyən olunmuş qida normaları əsasında 2022-ci il ərzində gündəlik olaraq (qeyri iş günləridə daxil olmaqla) 1 nəfərin gün ərzində 3 dəfə qidalanmasına ümumi olaraq 509 851 manat alıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Ağdaş və Yevlax kimi kiçik bir rayonun xəstəxanalarının ərzaq məhsulları ilə təmin edilməsinə külli miqdarda vəsait ayrılıb, müqavilələr bağlanılıb. Qeyd edək ki, bir çox ciddi xəstəliklərdən müalicə olunan şəxslərin böyük əksəriyyəti Bakıdakı xəstəxanalara, imkanı olanlar özəl xəstəxanalara üz tutur. Görəsən bu rayonların mərkəzi xəstəxanalarında müalicə almağa gələn olurmu və gün ərzində burada çarpayılara görə xəstə sayı nə qədər olur? Nəzərdə tutulan 25500 nəfərin gün ərzində 3 dəfə qidalanması üçün ayrılan vəsaitdən kim daha çox yeyir, xəstəxanalar, “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti, yoxsa…

Yoxsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə aiddir. Agentliyin respublikanın digər rayonlarındakı xəstəxanaların mərkəzləşdirilmiş qaydada ərzaq məhsulları ilə təmin edilməsinə ayrdığı vəsaitlər barədə maraqlı məlumatları növbəti yazıların birində diqqətinizə çatdıracağıq.
Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru