Ordubadda KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - MÜRACİƏT
Tarix: 16-02-2023, 10:50 |
Çap et
Ordubad rayonunun Dəstə kənd sakini Ağayev Xanlar Şaban oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına müraciət daxil olub. O, kəndin icra nümyəndəsindən şikayətçidir:
“Kəndimizin sabiq icra nümayəndəsi əlifbanı əzbərdən deyə bilməyən, savadsız, “iki eşşəyin arpasın bölə bilməyən”, işlədiyi müddətdə insanları təngə gətirən Şabanov İsfəndiyar Həsən oğlu işlədiyi zaman 4 vəzifə daşıyırdı: kənd icra nümayəndəsi, sovxoz direktoru, YAP sədri və Naxçıvan Ali Məclisinin deputatı.
O vaxt ona nə haqdasa şikayət etmək və yaxud nəsə tələb etmək reyri- mümkün idi.N əsə tələb edənlərə də hədə-qorxu gəlirdi.
O, sovxozun 2 mərtəbəli inzibati idarə binasını və "tövlə heyəti" adlanan yardımçı tikililərini, kombayn və traktorları, 40 tonluq tərəzini və sair dövlət əmlakını qəpık-quruşa başqalarının adına özəlləşdırmış, hektarlarla pay torpağı mənimsəmişdir.
Onu da deyim ki, hal-hazırda da vəziyyət ciddi şəkildə dəyişməyib..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... //“Hürriyyət”//