Gəncənin Nizami Gəncəvi küçəsinin sakinləri kanalzasiya problemindən şikayətlənir. DİA.AZ bildirir ki, burada nə yol infrastrkturu var, nə də kanalizasiya xəttləri. Sakinlər evlərinin qarşısında kanalizasiya quyuları qazıb. Bu da üfunət qoxusuna səbəb olur. Sakinlər bunla bağlı dəfələrlə müraciət etsələr də məsələ həllini tapmayıb. Yaşayış massivi Gəncənin əsas küçələrindən biridir. Şəhərin tam mərkəzinə iki-üç çıxışı var. Lakin rəsmilər sakinlərin üzləşdiyi çətin durumu görməzdən gəlirlər. Yerigəlmişkən biz də sakinlərin şikayətini yerli İcra Hakimiyyətinin nümayəndələrinə çatdırdıq. Gün ərzində açıqlama veriləcək deyilsə də Gəncə şəhər İcra Hakimiyyətindən heç bir açıqlama gəlmədi.