Dəfələrlə icra hakimiyyətinə şikayət etsə də... - MÜRACİƏT
DİA.AZ: - Ağdam rayonu üçoğlan kənd sakini Gülnarə Quliyeva bildirir ki, yaşadığı mənzil isə yaşamaq üçün şəraitsiz vəziyyətdədir və maddi imkanı evin təmirinə yol vermir.
DİA.AZ xəbər verir ki, narazı vətəndaşın iki övladından biri məktəbli digəri isə universitetdə təhsil alır və üstəlik övladının illik təhsil haqqını verə bilmir. Ailənin tək gəlir yerləri isə ünvanlı dövlət sosial yardımdır lakin aldıqları pul yetərli deyil.
Şikayətçi ölkə başçısı İlham Əliyevə və Mehriban Əliyevaya müraciət edərək köməklik göstərilməsini xahiş edir. Dəfələrlə yerli icra hakimiyyətinə müraciət etsə də, ona hansısa köməklik edilməyib.
Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum və şəxsləri dia-az.life olaraq dinləməyə hazırıq...