DİA.AZ - Qazi Mirzəyev Röyal Müşviq oğlu İsmayıllı rayon icra struktur rəhbərlərinin özbaşınalığına etiraz olaraq bu gün (dünən -red.) icra hakimiyyətinin qarşısında özünü yandırıb. DİA.AZ bildirir ki, bunu öz paylaşımında jurnalist Arifə Əliyeva qeyd edib.
"Bildiyim qədər qazimiz xəstədir, müalicəsi üçün kömək istəyib,onlar da etməyib" deyə intihar səbəbi barədə də məlumat verən jurnalist hazırda Qazimizin durumunun ağır olduğunu da söyləyib:
"Əldə etdiyim məlumata görə, axşam saatlarında Bakıya gətirilib".
Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...