Yasamal Məhkəməsində İKİPƏRDƏLİ KOMEDİYA... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 10-11-2023, 09:56 |
Çap et
"Yasamal rayon məhkəməsinin hakimi Vahid Hacıyevin özünəməxsus iclas aparmaq üslubu var. İclas iki hissədən ibarət olur: qeyri-rəsmi və rəsmi. Qeyri-rəsmi hissədə videoçəkilişi qoşmadan tərəfləri ətraflı dinləyir, fikir mübadiləsi aparır.
Yəni normal iclasda olmalı olduğu kimi. Rəsmi hissəni isə qısa şəkildə videoçəkilişi qoşmaqla aparır və faktiki olaraq qeyri-rəsmi hissənin nəticəsinə əsaslanaraq mövqe sərgiləyir. Bir növ, əvvəlcə məşq edir, sonra formal iclas keçirir.
Görəsən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası bu "nou-hau" barədə nə düşünür?"
Müəllif: Əkrəm Həsənov (hüquqşünas)
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...