"Nə internet istifadə etmək olur, nə də..." - MÜRACİƏT
Tarix: 9-02-2024, 11:45 |
Çap et
“Baktelecom” ondan imtina edən müştərilərdən pul tələb edir. Tribunainfo.az yazır ki, bu barədə “Baktelecom” abunəçisi Abdıyev Ülvi yazıb. O bildirib ki, xidmət aşağı, sütər isə zəifdir:
“”Baktelecom”da 40 mbitə imza atdıq, amma verilən sürətlə 1 dənə kinoya baxmaq olmur. İmtina edəndə də deyirlər, pulu ödəyin-120 manat. Qəti qosulmayın “Baktelecom”a”.
Abunəçi İbrahim Usubov da “Baktelecom”un əlindən boğaza yığılanlardandır. O bildirib ki, bir az külək əsən kimi sürət aşağı düşür:
“ “Baktelecom”, bezmədiniz millətin qanının içməkdən? Bircə damcı külək əsən kimi internet 30mbps-dən düşür 3mbps-ə. Belə xidmət olar? 5 dəqiqəyə 1 manat kontur gedir. Sizə yığanda dəqiqəsi 20 qəpikdən hesablanır?. Nə internet istifadə etmək olur, nə də şikayət etmək”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.