1300 manat pul çıxardı.. 200 MANAT RÜSUM TUTULDU... - BU NƏDİ BELƏ?!
Tarix: 3-05-2024, 11:52 |
Çap et
" "Paşa bank"a məxsus kartımla "Kapital Bank"a məxsus bankomatdan 1300 azn pul məxaric etdim (02.05.2024)..." dia-az.life bildirir ki, bunu Seyidrəhim Hüseynov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında ifadə edib.
Narazı vətəndaş daha sonra qeyd edir: "Bankomat kartımdan 1300 manat çıxdı, amma pul olaraq mənə 1100 azn verdi.
Xahiş edirəm başına gələn olubsa, bu məsələdə mənə istiqamət versin..."