Parlamentin LAL DEPUTATI mediada necə DİL QƏFƏSƏ QOYMUR? - BU NECƏ OLUR?..
Tarix: 21-05-2024, 10:58 | Çap et
 Azərbaycanda parlament seçkilərinə hazırlıq gedir. Bir neçə aydan sonra seçicilər yeni qanunverici orqanı seçəcək. Qeyd edək ki, sonuncu parlament seçkiləri 2020-ci ilin fevralında keçirilib. Həmin vaxt mövcud parlament özünü buraxaraq yenidən formalaşıb. 2020 seçkilərində köhnə deputatların təxminən 80 faizi yenidən mandat ala bilib.
Ötən 4 ildə millət vəkilləri əvvəlkindən fərqli heç nə ilə yadda qalmadı desək, yanılmarıq. İstər ölkə qanunvericiliyinin formalaşmasında, istər seçicilərlə ünsiyyətdə, istərsə də digər fəaliyyətlərində hər hansı yenilik etmədilər. Növbəti seçkilərə də eyni durumda qatılan deputatlar parlamentdə nə qədər fəaliyyətsiz olsalar da, seçkiöncəsi mediada aktivlik göstərməyə başlayıblar. Bəzi deputatların ötən 4 illik parlament fəaliyyəti dövründə cəmi 4 dəfə səsi çıxıb, ya yox, amma son aylarda mediada ard-arda “təhlil yazılarının” yayılması onların yenidən mandat sorağında olmasından xəbər verir. Belə deputatlardan biri də 67 saylı Cəlilabad şəhər seçki dairəsini təmsil edən Malik Həsənovdur. Bu günlərdə mediada növbəti “analitik yazısı” yayılan Malik Həsənovun 2020-ci ildən bəri parlamentdə neçə dəfə çıxış etməsi ilə bağlı yazımızı bura qədər oxumuş olan hər kəsdə sual yarandı. Öncə onu vurğulayaq ki, parlamentin 2020-2024-cü illərdə yaz, payız və növbədənkar sessiyalar üzrə ümumlikdə 150-dən çox plenar iclas keçirilib. Bu periodda Malik Həsənov cəmi 5 dəfə çıxış edib. Çıxışlar əsasən mədhiyyə olub, heç bir ictimai əhəmiyyətli məsələnin müzakirəsini, yaxud hansısa qanunun qəbulunda təklifi özündə ehtiva etmir. Lakin son aylarda Malik Həsənovun artıq bir neçə “təhlil yazısı” mediada dərc edilib. Təkcə bu ilin əvvəlindən bəri M.Həsənovun mediada 16 məqaləsi dərc edilib. Lakin bu məqalələrin heç birində seçicilərlə görüş, onların problemlərinin həlli, seçici baxışının qanunverici orqana daşınması, bu və digər qanunların qəbulu ilə bağlı deputat mövqeyi əks olunmur. Maraqlıdır, Malik Həsənov deputatdırmı, anlitikdirmi? Söz yox, hər bir deputatın məqalə yazmaq, proseslərə baxışını ortaya qoymaq ixtiyarı var. Lakin təmsil olunduğu Milli Məclisdə ağzını açıb danışmağa “ərinən” bir deputat niyə ayda bir neçə “analitik” təhlillə mediada çıxış etsin? Üstəlik, iki ali təhsildən heç biri bu sahə üzrə deyilsə, yazıların müəllifinin belə özü olmasına dərin şübhə yaranır. Qeyd edək ki, M.Həsənov Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib. Göründüyü kimi, bu ixtisasların heç birinin siyasi təhlilçiliklə əlaqəsi yoxdur. Malik Həsənov deyəsən, ixtisasını da, mandatı da unudub, qələmə “sarılıb”... Deputatın mövqeyini verməyə hazırıq.
AFN.az

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|