Aşağıda fotodakı şəxs Yevlax rayonundan olan sahibkar Sultanov Bəhram Allahverdi oğludur. dia-az.life xəbər verir ki, narazı sahibkar Yevlax rayonunda yerləşən Bakı prospekti 18A ünvanındakı ərazinin ona məxsus olduğunu bildirməklə yanaşı, iddalarını sənədlərlə sübut edir.
Narazı vətəndaş deyir: "1996-cı ildə bu ərazini mərhum Prezidentimiz Heydər Əliyevə ütdiyim müraciət əsasında mənə veriblər. Və bu illər ərzində mən bu ərazini abadlaşdıraraq, burada ticarətlə məşğul olmuşam.
Amma Anar Tağıyev icra başçısı gələndən sonra bu obyektimi - qanuni sənədlərlə mənə məxsus olan, çıxarışı belə olan ərazimi əlimdən alıblar".
dia-az.life bildirir ki, Yevlax rayon icra başçısı Anar Tağıyevə etirazını unikal formada ifadə edən sahibkar Bəhram Sultanov Heydər Əliyevin abidəsi önündə diz çökərək ondan kömək istəyir...
Daha ətraflı aşağıdakı videoda:
Qeyd edək ki, narazı sahibkar icra başçısının ünvanına ağır ittihamlar da səsləndirib ki, bu iddialarla bağlı qarşı tərəf olaraq Yevlax RİH-lə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.