"Şikayətim Sumqayıtda yerləşən "Edugrade" Təhsil Mərkəzindəndir". Dia-az.İnfo bildirir ki, bu barədə Leyli Əliyeva adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.
Narazı vətəndaş daha sonra yazır: "May ayının 27-si 120 manat ödəniş etmişəm, övladıma "onlayn" Məntiq, Riyaziyyat, Azərbaycan dili fənnlərindən məsğul olmaları üçün....
O zamandan bu günə kimi kursun müəllimləri eyni vaxtda xəstələniblər... Dərsə qoşulmayıblar... Anlayışla qarşılamağa çalışdım).
Bu gün internetləri kəsilib, məşğul olmayıblar.
Məşğul olduqları bir-iki dərsi isə alayarımçıq qoşublar dərsə uşağı... O da usaq müəllimlərə on dəfə zəng edəndən sonra....
Bu gun narazılığımı bildirib, ödənişi geri tələb elədim. Keçmədikləri dərslərə görə ödənişi kəsib göndərdilər.
Nəzərinizdə olsun.... Xidmətlərindən istifadə etməli olsanız... bir daha düşünün..."