Nəcməddin Sadıkovla bağlı QƏRAR VERİLİR? - İLGİNC İDDİA
Tarix: 13-06-2024, 10:33 |
Çap et
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovla bağlı ilginc məlumat əldə etmişik.
Məlumatlı mənbənin Dia-az.İnfo-ya bildirdiklərindən belə aydın olur ki, yaxın günlərdə N.Sadıkovla bağlı qərar verilə bilər:
"Onun adı müxtəlif və ən əsası konkret cinayət aktlarında hallanır. Hər halda, bu işlər üzrə Sadıkovun istintaqa cəlb olunması çox vacibdir. Və bu gözləniləndir".
Mənbə iddia edir ki, bir neçə gün əvvəl Sadıkov xarici ölkələrin birinə getmək istəyib, lakin səfəri baş tutmayıb. Ehtimal olunur ki, onun Azərbaycandan çıxışı əngəllənib.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...