MÜƏMMA: Vəfatına 2 həftə qalmış İŞDƏN ÇIXIR? - Burası AZƏRBAYCANDIR...
Tarix: 17-06-2024, 09:59 |
Çap et
"Ağır yataq xəstəsi olan, ölümünü gözləyən işçinin - vəfatına 2 həftə qalmış... işdən azad olma barədə ərizə yazması mümkünmüdür?" Dia-az.İnfo bildirir ki, bu sualla müraciət edən Neftçilərin Hüquqalarının Müdafiəsi Təşkilatının (NHMT) eksperti Azər Quliyev olduqca ilginc bir olayla bağlı faktı təqdim edib.
Əslində belə bir faktın araşdırılması zəruri olsa da və bunda məhz ittiham hədəfi kimi göstərilən SOCAR və "Azəriqaz" rəhbərliyinin özünün maraqlı olmalı olduğu şərt kimi görünsə də, bütün bunlar baş vermir və əksinə...
Azər Quliyev daha sonra bildirir: "Qarabağ müharibəsi iştirakçısının atasına bu barədə ərizə yazdlran Qaz İxrac İdarəsi, onun işçisi Hürü də, iddianı təmin etməyən Dövlət Əmək Müfəttişliyinin məmuru və məhkəmə hakimi də bu gün Qurban Bayramını keçirir.
BİR NEFTÇİNİN, MÜHARİBƏ VETERANININ ATASININ - ÖLÜM PULUNA GÖZ DİKƏNLƏR QURBAN BAYRAMINIZ MÜBARƏK OLMASIN!.."